Beynəlxalq Tələbə Həftəsində sərgilər
Tarix: 14.11.2014 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində 10-17 noyabr Beynəlxalq Tələbə Həftəsi münasibətilə Memarlıq və mühəndislik fakültəsi tələbələrinin əl işlərindən ibarət elektronika və memarlıq sərgiləri təşkil olunub. Səginin açılışında universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək universitetdə nanotexnologiyaların tətbiqi, tələbələrdə elmi-texninki təfəkkürü inkişaf etdirmək və onlarda praktiki vərdişlər aşılamaq baxımından belə sərgilərin əhəmiyyətindən danışıb, tələblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra sərgilərlə tanışlıq olub. Fakültə dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent Cavanşir Zeynalov elektronika sərgisində nümayiş olunan alqoritmlərin prinsipial sxemləri, istixanalar və əkin sahələri üçün nəzərdə tutulan kompüter suvarma sistemi, hidroprosessor üzərində qurulmuş multivibrator, günəş batereyası ilə işləyən elektron işıqfor, 32 simvollu yaddaş qurğusu, Morze aparatı, enerjinin avtomatik idarəedilməsi qurğusu, səs generatoru və digər əl işlərinin elektronika və robototexnikanın inkişafı, reklam və afişaların hazırlanması, əl əməyinin avtomatlaşdırılması baxımından əhəmiyyəti barədə məlumat verib. Memarlıq sərgisində Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyev və memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova qeyd ediblər ki, tələbələrin yeni memarlıq layihələrindən gələcəkdə müasir memarlıq nümunələrinin tikintisində, şəhərsalmada istifadə oluna bilər. Burada sərgilənən 9 mərtəbəli mehmanxana və yaşayış evinin, spiralvari hökümət binasının, “büllur saray”ın maketləri, yeni kompozisiyalar maraq doğurub.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
“Muğam dünyasına səyahət” adlı layihə davam edir
25.08.2019
Kiyevdə keçirilən festivalda soydaşlarımız da təmsil olunub
25.08.2019
“Kişilər və qadınlar” tamaşası nümayiş olunacaq
25.08.2019
Azərbaycan mədəniyyəti Xarkovda təbliğ olunub
24.08.2019
Azərbaycanın hərbi orkestri “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info