Tələbələr intellektual yarışda biliklərini sınayıblar
Tarix: 14.11.2014 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


“Beynəlxalq tələbə həftəsi” ilə əlaqədar Naxçıvan Dövlət Universitetinin (NDU) Tələbə Gənclər Təşkilatı fakültələrarası “Nə? Harada? Nə zaman?” adlı viktorina təşkil edib. NDU-nun mətbuat şöbəsindən bildiriblər ki, viktorinanın açılış mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə aparılan gənclər siyasətindən söz açıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasəti ölkənin sağlam gələcəyinin, intellektual potensialının formalaşmasına xidmət edir. “Beynəlxalq tələbə həftəsi” çərçivəsində universitetdə təşkil olunan elmi konfranslar, idman yarışları, mədəni kütləvi tədbirlər tələbələrə vətənpərvərlik ruhu aşılanması, onların əxlaqi-mənəvi tərbiyəsi, elmi və fiziki potensiallarının üzə çıxarılması baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müavini, NDU-nun Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayev xatırladıb ki, 1946-cı ildə Praqada Beynəlxalq Tələbə Konqresində təsis edilmiş “Beynəlxalq tələbə həftəsi” ənənəvi olaraq hər il noyabrın 10-17-də Azərbaycanda da geniş qeyd olunur. A.Abdullyev tələbələri ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, gələcəyin ixtisaslı mütəxəssisləri və ziyalıları kimi yetişmək üçün əzmlə çalışmağa səsləyib. İştirakçılar bilik yarışmasının şərtləri və qaydaları barədə məlumatlandırıldıqdan sonra viktorinaya start verilib. 11 komandada təmsil olunan tələbələr üç turun hər birində beş sual cavablandırmalı olublar. Gərgin intellektual mübarizə şəraitində keçən viktorinada NDU-nun sosial idarəetmə və hüquq fakültəsinin komandası qalib gəlib. Tibb, memarlıq və mühəndislik fakültələrinin komandaları isə ikinci və üçüncü yerləri paylaşıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib
22.04.2019
Masallıda “Erkən nikahların qarşısı alınmalıdır” mövzusunda tədbir keçirilib
22.04.2019
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib
22.04.2019
Qazaxda inşa olunan elektrod zavodu istehsala hazırdır
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info