Rusiya nə üçün bu qədər çox qızıl alır?
Tarix: 14.11.2014 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


“Bloomberg View”: “2014-cü ilin üçüncü rübündə Rusiya dünyada satılan qiymətli metalın 59 faizini alıb”

Xarici media Rusiya Mərkəzi Bankının qızıl alması motivlərinə söykənən yazılar yazır. Bu nədir – iqtisadi müharibəyə hazırlıq, yoxsa Rusiya rəhbərliyinin paranoyası?
Krımın martda ilhaq edilməsindən sonra Putinin iqtisadi məsləhətçisi Sergey Qlazyevin ötürməsi ilə elitanın təhlükəsizliyi məsələsi ilə bağlı əsas müzakirə mövzusu “maliyyə suvereniteti” olub. Bu barədə “Bloomberg View”da Leonid Berşidski bildirir: “Mayda Qlazyev proqnozlaşdırıb ki, qızılın qiyməti qalxacaq. Amma yanılıb. Qızılın qiyməti 14martda olan qiymətlə müqayisədə 16% aşağıdır.
Amma ola bilər ki, qızılın qiyməti artsın. Əgər İsveçrə qızıl ehtiyatlarını artırmaq qərarı versə, qızılın qiyməti artacaq. Bu barədə məsələ referenduma çıxarılıb. Bu artım isə Rusiyaya indiki neft qiymətlərinin enməsinə və sanksiyalara görə dözməyə imkan verə bilər”.
Müəllif qeyd edir ki, Rusiya Mərkəzi Bankı qızılı 2010-cu ildən almağa başlayıb. Bu proses maliyyə böhranından sonra başlayıb. Qızıl üzrə Dünya Şurasının məlumatına görə, 2014-cü ilin üçüncü rübündə Rusiyanın payına dünyada alınan qiymətli metal ehtiyatının təmiz həcminin 59 faizi düşüb. “Bloomberg View”nun məlumatına görə, Rusiyanın qızıl ehtiyatı Çinin qızıl ehtiyatından çoxdur. Ruyiya qızıl ehtiyatına görə hazırda ABŞ, Britaniya, Fransa və İtaliyadan sonra beşincidir.
“The Sydney Morning Herald”ın müxbiri Lüsi Kormakın fikrincə, qızıln alınmasının arxasında Qərblə mümkün iqtisadi müharibənin duyulması dayana bilər.
O, UBS bankının analitiki Co Batterşilldən sitat gətirir: “Bu məsələdə pis heç nə yoxdur. Mətbuatda biz çoxlu şərhlərə rast gəlirik ki, Rusiyanın soyuq müharibənin düyününü açmasının nəticəsi kifayət qədər diversifikasiya ola bilər. Rusiya təbii resurslarla kifayət qədər zəngindir, Çinsə bu sarıdan yetərincə yoxsuldur. Onların bir-birilərilə məhdudlaşdıqlarını nəzərə alsaq, onların aralarında təbii şəkildə, natural üsulla alış-veriş başlaya bilər, bütün bu xammal alış-verişi isə hazırda dollarla aparılır. Hesab edirəm ki, gələcəkdə bizi dolların dominantlıq etdiyi xarici valyuta ilə ticarətdən imtina trendinin sonrakı davamı gözləyir”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
“Yerevan Today”: Paşinyan nüfuzdan düşüb
23.08.2019
Çeçenistanda Avropanın ən böyük məscidi açıldı
23.08.2019
Paşinyan Qərb üçün uğursuz layihəyə çevrilir
23.08.2019
Ermənistanı hərbi xərclərini artırmağa məcbur edən səbəb
22.08.2019
Levon Şirinyan: “Moskva İrəvanı saymır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info