“ABŞ-dan fərqli mövqeyi olanlar bu ölkədə “düşmən” kimi qəbul edilirlər”
Tarix: 14.11.2014 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


“Bir vaxtlar Qoll beynəlxalq məsələlərdə müstəqil kurs həyata keçirdiyinə görə amerikalılar onu sevmirdilər”

Fransanın tanınmış jurnalist və yazarı, Qiyom Fay özünü Şarl de Qolun davamçısı kimi təqdim edir. Fransanın "Yeni hüquq" ideologiyasının davamçısı kimi çıxış edən fransız yazar eyni zamanda, Avropa imperiyasının və federalizminin böyük dayağının Rusiyanın "qırılmaz birliyi» ilə bağlılığının da tərəfdarıdır. Geosiyasi məsələlərə həsr edilmiş 15-dən artıq kitab müəllifi olan Qiyom Fay «Rossiykaya qazeta»ya müsahibə verib.
O, öz müsahibəsində bildirir ki, Avropa da daxil olmaqla, dünyada ədalətin bərpa edilməsi üçün əsas maneə Vaşinqtondur: “Hələ bir müddət əvvəl, «soyuq müharibə» başa çatdıqdan sonra ABŞ elə zənn edirdi ki, Rusiya dünya nəhəngi kimi artıq əhəmiyyətini itirib və ona regional güc kimi yanaşmaq olar. Amma Putinin yenidən hakimiyyətə dönüşündən sonra vəziyyət dəyişdi. Və Rusiya əvvəllər itirdiyi mövqeyini bərpa etməyə başladı. Rusiyanın belə inkişafı, təbii ki, amerikalıları qane edə bilməzdi. Onlar Rusiyaya öz yerini göstərməyə qərar verdilər. Məhz elə ilk cəhddə Avropa Birliyinin köməyi olmadan Ukraynadakı böhranın genişlənməsinə rəvac verdilər. Xatırlayırsınızsa, vaxtilə Gürcüstanda da hadisələr bu cür təşəkkül tapmışdı. ABŞ-ın əsas məqsədi bu gün də qarşıdurmalara rəvac vermək, «yeni divarlar»ın tikilməsinə nail olmaqdır. Bu məqamda amerikalılar həmişə zorakı üsullara üstünlük verirlər. Bunların bariz nümunəsi olaraq, II Dünya müharibəsindən sonrakı dövrlərdə Amerika Birləşmiş Ştatlarının dünyada baş verən silahlı münaqişələrin 95 faizinin təşkilatçısı olduğunu qeyd edə bilərik. Serbiya, İraq, Əfqanıstan, Liviyada baş verənlər, Koreya və Vyetnamda aparılan müharibələr buna bariz misaldır. Okeanın o tayında elə güman edirlər ki, Amerikanın dünyadakı rolu xüsusidir. Amerika dünyanın «qlobal polisi, jandarm"ı adının daşıyıcısı olmaqla yanaşı, həm də icraçısıdır. Ona görə də Amerika nə edirsə, onun missiyası «müqəddəslik simvolu»dur. Buna görə də, bununla razılaşmayanlar, fərqli bir baxışa sahib olanlar, Amerikada «düşmən elementlər» kimi qəbul edilirlər. Nümunə üçün general Qollu göstərə bilərik. Bir vaxtlar beynəlxalq məsələlərdə müstəqil kurs həyata keçirdiyinə görə amerikalılar onu sevmirdilər.
Hazırda Amerikanı narahat edən əsas iki məsələ var. Birincisi Rusiyadır. Belə görünür ki, Moskva ABŞ-ın təqdim etmək istədiyi diqtəni qəbul etmək niyyətində deyil, amerikalılar üçün ikinci məsələ tezliklə aparıcı iqtisadi güc olacaq Çin dövlətidir. Mən hesab edirəm ki, ABŞ hazırda Ukrananın «köməyi» ilə həyata kesirdiyi hadisələri 10-15 ildən gec olmayaraq Pekində də həyata keçirməyə, ölkənin sabitliyini pozmağa çalışacaq. Bunun üçün ABŞ-ın hansı seçim şansı olacaq: Tayvan və yaxud Çin-Yaponiya arasında münaqişə yaratmaq hesabına, əlbəttə ki, gələcək göstərəcək”.
Bütün bunları həyata keçirmək üçün , ABŞ öz maraqları ilə yanaşı, gücünə əsaslanır. Bu barədə Qiyom Fay İraqı misal gətirir: “Oğul Buşun hakimiyyəti dövründə ABŞ-ın əsas aparıcı korporasiyaları -"Boing", "Halliberton" üçün önəm kəsb edən ən önəmli məsələ İraqdakı neftlə bağlı idi. Amerika istəyinə nail olandan sonra, ökəni səfalət içində taleyin ümidinə buraxdı. Hazırda ölkənin şimalına ekstremistlər sahiblik edir. Əlbəttə, bütün bunlar hamısı düşünülmüş variantlardır. İndi də belə görünür ki, «İŞİD»-ə qarşı mübarizə ABŞ hərbi-sənaye kompleksi üçün əlavə "bonus" olacaq. Belə görünür ki, Amerikada böhran və qarşıdurmasız yaşaya bilmirlər. Göründüyü kimi, bütün bunlar ABŞ-ın xarici siyasətinin əyarına çevrilib.
Müsahibəsində Rusiya prezidentinin fəaliyyəti ilə əlaqədar danışan Qiyom Fay qeyd edir ki, Putinin son çıxışlarından məndə belə bir təəssürat yaranıb ki, o, beynəlxalq arenada dominant gücün əleyhinədir: “Bundan başqa, hiss edilir ki, Putin Rusiya və Qərb arasında münasibətlərin pisləşməsindən narahatdır. Ona görə də, hazırkı şəraitdə, inkişaf etməkdə olan Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu büruzə verən Rusiya, eyni zamanda, avropalılara tərəf də əl uzadır”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Pakistanın Baş Konsulluğunda partlayış
25.08.2019
Turin Universitetinin professoruna içərisində güllə olan zərf göndərilib
25.08.2019
G7 ölkələri Amazon meşələrində yanğınlarla mübarizə üçün beynəlxalq mexanizm yaradır
25.08.2019
Putin növbəti “G7“ sammitinə dəvət edilə bilər
25.08.2019
Türkiyə ordusu İraqın şimalında üç şəhid verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info