“Neftin qiymətinin aşağı düşməsi iqtisadi səbəblərlə bağlı deyil”
Tarix: 14.11.2014 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


“Noyabrın 27-də keçiriləcək OPEK toplantısı kritik əhəmiyyət kəsb edir. Təşkilat neft istehsalında ixtisara getməklə qiymət endiriminin qarşısını ala bilər. Əgər bu, baş verməsə dünya iqtisadiyyatı yeni maliyyə böhranı ilə üzləşəcək”
Son 4 il ərzində ilk dəfə neftin dünya bazarındakı qiyməti 80 dollardan aşağı düşüb. Neftin qiymətinin sürətlə aşağı düşməsi dünya iqtisadiyyatı üçün yeni vəziyyət yaranmasına səbəb ola bilər. Neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq üçün OPEK-in qəbul edəcəyi qərar maraqla gözlənilir. OPEK ölkələrində hesab edirlər ki, ABŞ-da istehsal edilən enerji məhsullarının bazara daxil olması qiymət məsələsinə ciddi şəkildə təsir edir. OPEK ölkələri yaranmış vəziyyəti müzakirə etmək üçün noyabrın 27-də bir araya gələcək. “Moskvoskiy komsomolets” yazır ki, neftin qiymətinin 80 dollardan aşağı düşməsi Rusiya iqtisadiyyatı üçün ciddi problemlər yarada bilər. Bəzi ekspertlər hesab edir ki, neftin qiyməti 65 dollara qədər enə bilər. Sonuncu dəfə neftin qiyməti 80 dollardan aşağı 2010-cu ildə düşüb. Həmin vaxt dünya böhranın əziyyətini yaşayaraq “qara qızıl”dan istifadəni azaltmışdı. Həmin vaxtdan sonra neftin qiyməti ardıcıl şəkildə artırdı. Bu ilin yayında 115 dollara yüksəlməklə maksimum həddə də çatmış oldu. Amma birdən-birə qiymətdə enmə başladı və kotirovka 30 faiz azaldı. “Moskvoskiy komsomolets” ekspertlərin rəyinə əsasən qeyd edir ki, neftin qiymətinin aşağı düşməsi iqtisadi səbəblərlə bağlı deyil: “Yaxın Şərqin neft şeyxləri, əsasən də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt məqsədli şəkildə neftin qiymətinin süni şəkildə aşağı düşməsinə şərait yaradıblar. Həmin dəqiqə ağla gələn ilk versiya Rusiya əleyhinə gizli sövdələşmə olmasıdır. Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kuldrin bəyan edir ki, Birləşmiş Ştatlar Rusiya əleyhinə Səudiyyə Ərəbistanı və Küveytlə sövdələşməyə gedib. Kudrin hesab edir ki, sövdələşməyə əsasən Səudiyyə Ərəbistanı və Küveyt Rusiyaya tətbiq edilən sanksiyaların lazımi nəticə verməsi üçün istehsal etdikləri neftin həcmini azaltmayıb, əksinə daha da artırıblar ki, qiymətlərin aşağı düşməsini sürətləndirsinlər. Bu versiya ilə razılaşmayanlar da var. Onların fikrincə, Vaşinqtonun 2015-ci ildən etibarən beynəlxalq bazarda neft satışı ilə bağlı ərəblərə məxsus olan bəzi mövqeləri geri alacağı ilə bağlı açıqlaması ərəblərdə narazılıq yaradıb. Yaxın Şərqin neft istehsalçıları mövqelərini qorumaq üçün nefti ucuz qiymətə satırlar . Ekspert Anna Kokorevoy qeyd edir ki, qiymətləri ilk olaraq Səudiyyə Ərəbistanı, ardınca Qətər aşağı salıb. Onlardan sonra qiymət endiriminə İran, İraq və Küveyt qoşulub. OPEK isə neft istehsalını azaltmayaraq bazarı artıq “qara qızıl”la doldurub. Noyabr ayında neftin qiymətindəki eniş kulminasiya nöqtəsinə çatıb. Rusiya prezidenti Putin də bəyan edib ki, qiymətlər indiki səviyyədə qalmasa, neft istehsal edən ölkələr çökə bilər. Məsələ ondadır ki. OPEK üzvü olan ölkələrin əksəriyyətinin büdcəsində neftin qiyməti 80 dollardan hesablanıb. Noyabrın 27-də keçiriləcək OPEK toplantısı kritik əhəmiyyət kəsb edir. Təşkilat neft istehsalında ixtisara getməklə qiymət endiriminin qarşısını ala bilər. Əgər bu, baş verməsə dünya iqtisadiyyatı yeni maliyyə böhranı ilə üzləşəcək. Amerikanın “JPMorgan” şirkəti hesab edir ki, OPEK neft istehsalında ixtisara getməsə, qiymətlər 65 dollara qədər enəcək. Ərəb dövlətləri də neftin qiymətinin aşağı düşməsi ilə bağlı problemlər yaşamağa başlayıblar. Belə davam edəcəyi təqdirdə onlar da bir sıra infrastruktur və nəqliyyat layihələrini təxirə salmalı olacaqlar. Neftin qiymətində enmənin dava etməsi Rusiya üçün mənfi nəticələr doğuracaq. Belə ki, 65 dollar həddi ÜDM-in 3-4 faiz aşağı düşməsi deməkdir. Ölkə bu halda məcburdur ki, Ehtiyat Fond və Milli Rifah Fondunda toplanan vəsaitdən istifadə etsin. Həmin fondlarda toplanan vəsaitdən istifadə edərək təxminən 2 il ərzində iqtisadiyyatı dəstəkləmək olar. Buna baxmayaraq Rusiyada qiymətlərə bir qədər optimist yanaşanlar da var. Dövlət Dumasının enerji komissiyasının sədr müavini Pavel Zavalnı əmindir ki, qiymət enməsi iki ildən çox davam etməyəcək. Sonradan qiymətlər yenidən yüksəlməyə başlayacaq”.
Anar




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Pakistanın Baş Konsulluğunda partlayış
25.08.2019
Turin Universitetinin professoruna içərisində güllə olan zərf göndərilib
25.08.2019
G7 ölkələri Amazon meşələrində yanğınlarla mübarizə üçün beynəlxalq mexanizm yaradır
25.08.2019
Putin növbəti “G7“ sammitinə dəvət edilə bilər
25.08.2019
Türkiyə ordusu İraqın şimalında üç şəhid verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info