Qafqaz Universitetində “yeni media”nın elmi tədqiqi məsələləri ilə bağlı seminar keçirildi
Tarix: 14.11.2014 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun sosiologiya üzrə doktorantı, “Palitra” qəzetinin şöbə müdiri İlkin Ağayev Qafqaz Universitetinin tələbələrinə “Yeni media” və onun sosioloji tədqiqi məsələləri” mövzusunda seminar verdi.
Seminarın təqdimatçısı tədbirin keçirilməsində əsas məqsədin İKT (İnformasiya Kommunikasiya Texnologiyaları) sahəsində baş verən yeniliklərin mediaya təsirləri, “yeni media” anlayışı və onun elmi-sosioloji tədqiqi məsələləri və bununla bağlı vətəndaşların, xüsusilə də gənclərin, tələbələrin, gələcək mütəxəssislərin bilgiləndirilməsi olduğunu diqqətə çatdırdı. O, yeni media və internetlə bağlı Azərbaycanda elmi araşdırmaların yox dərəcəsində olduğunu da qeyd etdi: “Hazırda özüm “Qloballaşan cəmiyyətdə “yeni media”nın sosioloji problemləri” mövzusunda tədqiqat aparıram. Qeyd etmək istərdim ki, bu mövzu Azərbaycanda ilk dəfədir araşdırılır. Dünyanın inkişaf etmiş ölkələrində yeni medianın, internetin elmi baxımdan araşdırılması geniş yayılıb. Məsələn, internet sosiologiyası, internet psixologiyası, internetin fəlsəfi problemlərinin öyrənilməsi və sair barədə bildirmək olar. Ancaq təəssüflər olsun ki, Azərbaycanda bu araşdırmalar demək olar ki, yox səviyyəsindədir. “Yeni media”, sosial şəbəkələr və ümumiyyətlə, internet tamamilə yeni bir kontingent formalaşdırıb. Bu kontingentin davranışlarını, ünsiyyət formalarını sosioloji baxımdan tədqiq etmək bu baxımdan olduqca aktualdır”.
Daha sonra “yeni media”nın elmi-sosioloji tədqiqi məsələləri və bu sahədə apardığı tədqiqat barədə iştirakçılara əhatəli şəkildə məlumat verən İ.Ağayev, həmçinin yeni mediada ictimai məsuliyyət, sosial şəbəkələrin insan psixologiyasına və həyatına təsiri məsələləri, eyni zamanda yeni nəslin “yeni media”, sosial şəbəkələr və internetlə bağlı ətraflı bilgiləndirilməsi məsələlərindən danışdı. O, yeni media jurnalistlərinin fəaliyyət standartları,spesifikası barədə də ətraflı bildirdi. Eyni zamanda, dünyada və Azərbaycanda “yeni media” ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklər məsələsi ilə bağlı da iştirakçılar əhatəli şəkildə məlumatlandırıldı. Qeyd edildi ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə, sosial şəbəkələr vasitəsilə törədilən təxribatlar, həmin ölkələrdə də, bu sahədə nəzarət tədbirlərinin həyata keçirilməsini müzakirəyə gətirdi. Daha sonra gənclərin sosial şəbəkələrdən optimal istifadə yolları barədə maraqlı bilgilər təqdim edildi. Həmçinin informasiya təhlükəsizliyi kontekstində “yeni media” da, sosial şəbəkələrdə təhlükəsizlik məsələləri barədə məlumat verildi.
Sonda isə İlkin Ağayev seminarda iştirak edən tələbələrin suallarını cavablandırdı.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Ağstafada 9,3 kilometrlik avtomobil yolu yenidən qurulur
23.01.2019
Sinoptiklər xəbərdarlıq edirlər...
23.01.2019
Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib
23.01.2019
Laçınlı arıçılara 63 min 650 manat subsidiya ödənilib
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info