20 nömrəli məktəbə yeni bina tikintisi üçün vəsait ayrıldı
Tarix: 14.11.2014 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Prezident Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.


“Cənubi Qafqazda ən böyük rus icması məhz bizim
ölkəmizdə yaşayır”

Prezident Azərbaycan Rus İcması İctimai Birliyinin IV qurultayının iştirakçılarına məktub ünvanlayıb: “Hörmətli qurultay iştirakçıları! Sizi - Azərbaycan Rus İcması İctimai Birliyinin IV qurultayının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza ən xoş arzularımı yetirirəm. Tarixən müxtəlif xalqlar və dinlər arasında səmimi dostluq, qardaşlıq, qarşılıqlı hörmət və etimad mühitinin hökm sürdüyü Azərbaycanda rus icması həmişə əmin-amanlıq şəraitində yaşamış, dil və mədəniyyətini, milli və dini adət-ənənələrini qoruyub saxlamaqla, çoxmillətli cəmiyyətimizin etnik-mənəvi mənzərəsini özünəməxsus çalarlarla zənginləşdirmişdir. Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycanın rus əhalisi ictimai-siyasi həyatımızda, milli dövlətçiliyimizin inkişafında yaxından iştirak edir. Onların tam və bərabərhüquqlu vətəndaş kimi cəmiyyətə inteqrasiyası və etnik-mədəni özünəməxsusluğunun qorunub saxlanması üçün ölkəmizdə hərtərəfli hüquqi-demokratik şərait təmin olunmuşdur. Sovet İttifaqının süqutundan sonra postsovet məkanında rus dilinə qarşı məlum basqı və neqativ halların əksinə olaraq, bu gün Azərbaycanda rus dilində orta ümumtəhsil məktəbləri, ali təhsil ocaqları, universitetlərdə rusdilli bölmələr, Dövlət Rus Dram Teatrı, rusdilli teatr truppaları, rusdilli mətbu orqanlar və digər ictimai-mədəni qurumlar öz fəaliyyətini uğurla davam etdirməkdədir. Təsadüfi deyil ki, hazırda Cənubi Qafqazda ən böyük rus icması məhz bizim ölkəmizdə yaşayır. 1988-1989-cu illərdə Ermənistanda azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və deportasiya nəticəsində mürtəce erməni şovinizmindən əziyyət çəkən rus xalqının minlərlə nümayəndəsinin Azərbaycana pənah gətirməsi də burada millətlərarası münasibətlərin və etnik-dini tolerantlığın necə yüksək səviyyədə olduğuna bariz nümunədir. Azərbaycan Rus İcması Birliyi, ictimai təşkilat olaraq, 20 ildən artıqdır ki, vətəndaş cəmiyyəti quruculuğunda səmərəli fəaliyyət göstərir, xalqlarımızın və mədəniyyətlərimizin bir-birinə daha da yaxınlaşmasında və qarşılıqlı zənginləşməsində önəmli işlər görür. Əminəm ki, bu təşkilat respublikamızın rus icmasını bundan sonra da layiqincə təmsil edəcək, cəmiyyətimizdə vətəndaş həmrəyliyinin, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında səylərini gücləndirəcəkdir. Bu yolda hər birinizə cansağlığı və qurultayınızın işinə uğurlar arzulayıram”.






 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Yeddi ayda əhalinin gəlirləri 32 milyard manatı ötüb
21.08.2019
İspaniyaya məxsus təyyarə hava boşluğuna düşdü
21.08.2019
Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21.08.2019
MiQ-29 təyyarəsinin pilotu ilə vida mərasimi keçirilir
21.08.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info