“Lobbiçiliyin inkişafında səfirliklərimiz diaspora dəstək olmalıdır”
Tarix: 14.11.2014 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Paşa İlisuyskiy: “Bizim birinci məqsədimiz erməni lobbisini zəiflətmək olmalıdır”

Artıq bir neçə aydır ki, Ukrayna Xarici İşlər Nazirliyinin Radasında həmyerlimiz Paşa İlisuyskiy (Məmmədov)də çalışır. Qeyd edək ki, o, XİN-in Radasında yer alan yeganə azərbaycanlıdır. Paşa Məmmədovun qəzetimizə müsahibəsini təqdim edirik.
- Ukrayna XİN-in Radasında Azərbaycan diplomatiyasını təmsil etmək çətin deyil ki?
- Son zamanlar bir neçə azərbaycanlı Ukraynada rəsmi vəzifələrə təyin olunub. Bu, azərbaycanlıların Ukraynada ictimai işlərdə aktivliyinin bir nəticəsidir. Bu nailiyyətləri daha da inkişaf etdirməliyik.
Mənim Ukrayna XİN-in Radasında vəzifəyə təyin olunmağım Ukrayna dövlətinin Azərbaycan diplomatiyasına verdiyi qiymətdir. Çünki mən Ukraynada Azərbaycan diplomatiyasını təmsil edirəm. Bu məsuliyyəti hiss edərək hər bir hərəkətimdə, addımımda istəyirəm ki, Azərbaycanın adını daha da yüksək səviyyəyə ucaldım.
- Ukrayna rəsmi orqanlarında kifayət qədər azərbaycanlı var. Onların Azərbaycan lobbiçiliyinin inkişafında nə dərəcədə rolu var?
- Təbii ki, bu gün həmin vəzifədə olan azərbaycanlıların hər birinin öz ətrafı var. Bu insanlar istər-istəməz onların təsiri altında azərbaycanpərəst olurlar. Bu böyük bir nailiyyətdir. Amma bunun nəticələrinin daha da yaxşı olması üçün soydaşlarımızın qarşısına məqsəd qoymaq lazımdır. Onda biz bundan daha çox bəhrələnərik.
- Diaspordan lobbiçiliyə keçmək üçün nə edilməlidir?
- Bu gün yəhudi və ermənilərin lobbizmi çox güclüdür. Artıq diaspor işindən lobbizmə keçmək lazımdır. Bizim birinci məqsədimiz erməni lobbisini zəiflətmək olmalıdır.
- Bunu necə etmək olar?
- Təbii ki, biz erməni lobbisinə qarşı qanun çərçivəsində mübarizə aparmalıyıq. Əvvəla, erməni terror təşkilatları ifşa olunmalıdır. Bundan başqa ermənilər qeyri-qanuni olaraq Azərbaycanın regionları adına təşkilatlar yaradırlar. Məsələn, Kanadada Naxçıvan-Kanada erməni cəmiyyəti (Nakhijevan Armenian Compatriotic Union Of Canada) fəaliyyət göstərir. Bunların hamısını araşdırıb tapmalı və ermənilər məsuliyyətə cəlb edilməlidir. Bu təşkilatların qeyri-qanuni olduğunu səfirliklərimiz, diplomatlarımız, eləcə də diasporumuz araşdırıb üzə çıxarmalıdır.
Ermənilər Ağrıdağa Ararat deyirlər, bunu hər yerdə reklam edirlər və bir çox dövlətlərin cəmiyyətində Ağrıdağ Ermənistan ərazisi kimi qəbul olunur. Lakin Ağrıdağ Türkiyə ərazisidir, Ermənistan ərazisi deyil. Yəni bunun çox asan sübut etmək olar.
Azərbaycanı sevən siyasətçilər, elm adamları, deputatlar, biznesmenlər və s. sahələrdə olan əcnəbiləri diasporumuz öz ətrafında cəmləşdirməlidir. Bunu səfirliklərimiz yönəltməlidir. Yəni hər bir dövlətdə bizim siyahımız olmalıdır. Bir-azərbaycanpərəst, iki-neytral, üç-ermənipərəst. Bu istiqamətdə yəhudilər çox güclü işləyirlər. Biz də azərbaycanpərəst siyasətçiləri dəstəkləməliyik. Azərbaycanpərəst biznesmenlərə şərait yaratmalıyıq. Neytral və ermənipərəst siyasətçiləri ələ almağa çalışmalıyıq. Təbii ki, paralel olaraq erməni lobbisinə qarşı da qanuni şəkildə iş aparmalıyıq. Əlbəttə ki, bu işin başında maliyyə dayanır. Ölkəmizin iqtisadi inkişafı, bu gün bu sahədə iş aparmağa labüd şərait yaradır, lakin bu resurslardan səmərəli istifadə olunmalıdır.
Artıq, bu gün diasporumuz formalaşıb. İndi biz bu diasporu lobbiçiliyə yönləndirməliyik. Təşkilati olaraq da diaspora səfirliklər dəstək olmalıdır. Diasporumuz birləşib səfirliklərlə birgə fəaliyyət göstərməlidir. Yəhudi, erməni və gürcülərin diplomatik orqanları xaricdəki vətəndaşlarına köməklik göstərməkdən əlavə onları lazımi istiqamətdə yönəldirlər.
- Bunu Ukraynada etmək mümkündürmü?
- Ukraynada etmək mümkündür. Bunun üçün Ukraynada böyük imkan da var. Dediyim kimi bu işin təşkilati resursu səfirliyin əlindədir. Ona görə də səfirliyimiz bu istiqamətdə iş aparmalıdır. Diaspor təşkilatlarına ayrı-ayrılıqda dəstək olmaqla iş bitmir. Bunları cəm şəkildə toplayıb qarşılarına məqsəd qoyulmalıdır. Təbii ki, səfirliyin diasporun işinə qarışmağa ixtiyarı yoxdur. Bu məqsədə nail olmaq üçün diasporun strateji planı olmalıdır. Bunu yerinə yetirməkdə səfirlik dəstək olmalıdır. Yəni diaspordan lobbiçiliyə keçməyin formulu budur. Bu formul əsasında da iş görülməlidir.
- Ümumiyyətlə, Ukraynada səfirlik-diaspor münasibətləri necə inkişaf edir?
- İnkişaf üçün məqsəd olmalıdır. Bu gün mənim xəbərim yoxdur ki, bizim qarşımızda nə məqsəd var. Bu gün 3-5 nəfər yığışıb hərəsi bildiyi kimi hərəkət edir. Bunu mərkəzləşdirmək lazımdır. Prezident İlham Əliyev tapşırığını verir, Diasporla İş üzrə Dövlət Komitəsi də lazımından da artığını edir. Sadəcə olaraq yerlərdə bunu mərkəzləşdirmək lazımdır. Bunu bir yerə toplamaq lazımdır. Bu işi diaspor özü etməyəcək. Bunu da səfirlik etməlidir. Dediyim kimi, özümüz öz aramızda birləşməyimiz alınmayacaq, çox təəssüf ki, bu həqiqətdir. Birgə hərəkət etmək üçün ümumi və uzunmüddətli strateji plan olmalıdır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info