“Biz Azərbaycan qazının da əsas idxalçılarından biri olmaq istəyirik”
Tarix: 14.11.2014 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


“Azərbaycan İtaliyanı neftlə təchiz edən önəmli ölkələrdən biridir və biz Azərbaycan qazının da əsas idxalçıları sırasında olmaq istəyirik”.
Bunu İtaliyanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Domeniko Liotto deyib. O bildirib ki, Azərbaycanla İtaliya arasındakı iqtisadi münasibətlər yüksək səviyyədədir, lakin bu münasibətləri daha da inkişaf etdirmək üçün perspektivlər və planlar çoxdur:
“Biz Azərbaycandan neft idxal edirik. Azərbaycan İtaliyanı hər il təxminən 8 milyard dollar dəyərində neftlə təchiz edir. Hazırda göstərici belədir, lakin tezliklə bu rəqəmi artırmağı düşünürük. Həmçinin TAP-ı qeyd etmək lazımdır. Biz Azərbaycan qazının da əsas idxalçılarından biri olmaq istəyirik. Perspektivlər çoxdur. Azərbaycana İtaliyadan idxal göstəricisi 1 milyard dollardan bir qədər azdır. Lakin son zamanlar münasibətlərimizin inkişaf etməsi, qarşılıqlı səfərlərin təşkil olunması ticarət dövriyyəmizin daha da artacağını deməyə əsas verir. Həm Azərbaycanın, həm də İtaliyanın iş adamları üçün geniş imkanlar var, bu imkanlardan, əlaqələrdən faydalanmaq lazımdır”. D. Liotto təhsil və mədəniyyət sahəsində də münasibətlərin çox inkişaf etdiyini söyləyib: “İtaliyanın müxtəlif universitetlərində Azərbaycan gəncləri təhsil alır. Ali məktəblər arasında qarşılıqlı əməkdaşlıq formalaşır. Azərbaycan-İtaliya Cəmiyyətində italyan dilinin tədrisini həyata keçiririk, İtaliya ilə maraqlanan insanlara hər şəkildə yardım etməyə çalışırıq”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info