Xəzər İqtisadi Birliyinin yaradılması təklif edilir
Tarix: 15.11.2014 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Bakıda MDB üzvləri olan dövlətlərin VII Beynəlxalq Bank Konfransı keçirilir
Dünən Bakıda MDB-nin Maliyyə-bank Şurası, Azərbaycan Beynəlxalq Bankı (ABB) və MDB-nin İcraiyyə Komitəsinin dəstəyi ilə MDB ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransı işinə başlayıb. Konfransın ilk günündə MDB ölkələri arasında strateji maliyyə-investisiya əməkdaşlığının inkişafı mövzusu müzakirələr olub.
Bundan başqa, dünyada baş verən siyasi və iqtisadi burulğanlıq şəraitində MDB ölkələrinin maliyyə bazarları arasında qarşılıqlı fəaliyyətin xüsusiyyətləri, MDB ölkələrində uzunmüddətli kredit resurslarının mənbələri, dünya və milli ödəniş sistemlərinin tətbiqi zamanı risklər və imkanlar arasında balans, MDB ölkələrinin maliyyə bazarlarının inteqrasiyasında üzv ölkələrin mərkəzi banklarının rolu, dünya ödəniş infrastrukturunun inkişafına təsir edən hərəkətverici faktorlar, bazarda mövcud olan pul köçürmələri və ödəniş sistemində əsas problemlər, pul köçürmələri və ödəniş bazarlarının gələcəyi-yeni oyunçu və texnologiyalar, eləcə də inkişaf yolları və s. mövzular da əsas müzakirə obyekti olacaq.
Konfransda çıxış edən MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedyev bildirib ki, artıq Bakı bu tədbirə 7-ci dəfədir ki, ev sahibliyi edir. Onun sözlərinə görə, bu konfrans MDB ölkələri arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. O, əlavə edib ki, Azərbaycan MDB ölkələri arasında əməkdaşlıqda aktiv iştirak edir və bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. S.Lebedyev qeyd edib ki, MDB məkanında iqtisadi əməkdaşlıq üçün potensial böyükdür və bu tədbir onun reallaşmasına dəstək olacaq. MDB Maliyyə-bank Şurasının birinci vitse-prezidenti, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev isə çıxışında bildirib ki, bu konfransa maraq ildən-ilə artır. Onun sözlərinə görə, budəfəki konfransda 200-dən artıq nümayəndə iştirak etməsi də bunu bir daha sübut edir. C. Hacıyev deyib ki, konfransda MDB ölkələrinin maliyyə-bank sisteminin vəziyyəti, problemlər və perspektivlər, quruma üzv ölkələrdə islam bankçılığının inkişafı, birja strukturu və lizinq məsələləri müzakirə olunacaq. C. Hacıyev həmçinin Azərbaycanın bank sektorunun inkişafı məsələsinə də toxunub. O bildirib ki, Mərkəzi Bank tərəfindən 2015-ci ilin yanvarın 1-dən ölkədəki bankların məcmu kapitalı 50 mln. manat olmalıdır. Onun fikrincə, kapital tələbinin 5 dəfəyədək artırılması bank sisteminin effektivliyinə müsbət təsir edəcək. MDB ölkələrinin Maliyyə-bank Şurasının koordinasiya şurasının sədri Anatoli Kazakov bildirib ki, dünyada siyasi və iqtisadi gərginlik şəraiti hökm sürür, böyük dəyişikliklər baş verir. Onun fikrincə, belə bir şəraitdə MDB ölkələri arasında əməkdaşlıq dərinləşdirilməlidir: ”Əməkdaşlığın genişləndirilməsi üçün yeni yollar və konsepsiya tapılmalıdır. Düzdür, 2020-ci ilə qədər konsepsiya hazırlanıb. Bununla belə, bizim iqtisadiyyat üçün uzunmüddətli pul lazımdır. Neftin qiymətinin azalması fonunda bu mühüm əhəmiyyət kəsb edir”. Anatoli Kazakov deyib ki, 2013-cü ildə Rusiya Federasiyasının Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 33 mlrd. dollar təşkil edib. O bildirib ki, bu ticarət dövriyyəsi mövcud potensialdan aşağıdır. Bunu əsas gətirən A. Kazakov əlavə edib ki, Xəzər İqtisadi Birliyinin yaradılmasının vaxtı çatıb.

Azərbaycanın bank sektorunun kredit-investisiya potensialı ikiqat artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov çıxışında deyib ki, son iki il yarımda Azərbaycanın bank sektorunun kredit-investisiya potensialı ikiqat artıb. R. Orucovun sözlərinə görə, 2012-ci ilin iyul ayında ölkədəki bankların minimum kapitalına tələbin artırılması qərarından sonra bank sektorunun kredit-investisiya potensialı 2 dəfədən çox artıb: “Bankların minimum kapitalının 5 dəfəyədək - 10 milyon manatdan 50 milyon manatadək artırılması tələbi təkcə kapitalın miqdar baxımından artması ilə yanaşı, sektorun keyfiyyətcə yeni səviyyəyə çıxmasını təmin etdi. Kapitalın artırılması isə banklara təqdim olunan xidmətlərin keyfiyyətinin yaxşılaşmasına və bazarda rəqabətin artmasına gətirib çıxartdı. Kapitalın artırılması ilə yanaşı, Mərkəzi Bank banklarda korporativ idarəetmə və risk-menecmentlə bağlı da tələbini sərtləşdirdi”. Baş direktor əlavə edib ki, hazırda bank sektorunda aktivlərin 99%-ni formalaşdıran banklar AMB-nin məcmu kapitala olan tələbinə cavab verir.

Beynəlxalq Bank “Roseksimbank”la saziş imzalayıb
Tədbir çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ilə Rusiyanın “Roseksimbank” arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Rusiya tərəfdən “Roseksimbank”ın İdarə Heyətinin sədri Dmitri Qolovanov Azərbaycan tərəfdən isə ABB-nin İdarə Heyətinin sədri Cahangir Haciyev imzalayıb. Müqavilə iki bank arasında xarici iqtisadi sahədə əməkdaşlığı nəzərdə tutur. “Bizim imzaladığımız müqavilədə əsas məqamlardan biri birgə işlərimizdə milli valyutaların istifadə olunmasının mümkünlüyüdür. Mövcud şəraitdə xarici ticarətdə hesablaşmaların manat və rubla keçməsi Rusiya və Azərbaycan arasında ticari-iqtisadi və siyasi münasibətlərin daha da inkişafına müsbət təsir edəcək. Şübhəsiz, bu Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya ixrac əməliyyatları zamanı banklar və ixracatçılar üçün valyuta və siyasi riskləri azaldacaq. Bu müqavilə Rusiya və Azərbaycan ixracatçıları üçün yeni imkanlar açır. İndi onlar üçün bazarlara çıxmaq daha asan olacaq” - deyə D. Qolovanov bildirib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info