“Azərbaycanın təcrübəsini müzakirə etməklə bunun dünyada nümunə olduğunu çatdırmaq istəyirik”
Tarix: 17.11.2014 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Bakı şəhərində ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə təşkilatçılığı ilə dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfrans keçirilir.
Konfransı açan ATƏT-in Bakı layihə əlaqələndiricisi, səfir Aleksis Şahtaxtinski bildirib ki, konfrans zamanı Azərbaycan tolerantlıq nümunəsi kimi müzakirə olunacaq.
Səfir deyib ki, bu tədbir ATƏT-in Azərbaycanda yeni statusda keçirilən ilk tədbiridir. O, Fransanın tarixinə toxunaraq dini dözümlülüyün vacib olduğunu vurğulayıb: “Azərbaycanda antisemitizm heç vaxt mövcud olmayıb, yaxşı olardı ki, dünyanın digər yerlərində də belə olaydı. Azərbaycan bu sahədə nümunəvi rol oynaya bilər. Bəzən dindən siyasi məqsədlərə çatmaq üçün istifadə olunur. Zorakılıq, islamofobiya, xristianofobiya kimi halların qarşısını almaq çox önəmlidir. Bu problem dünyada, ATƏT məkanında aktual olaraq qalır. Bu gün dünyada islamofobiyanın artmasını görürük. Sünnilər şiələrlə, şiələr sünnilərlə qarşıdurma şəraitindədir. Dünyanın bəzi yerlərində hələ də “yəhudiləri öldürək” şüarları mövcuddur. Belə hallar heç cür qəbul oluna bilməz. Belə bir vəziyyətdən çıxmaq asan deyil, amma biz birgə nələrsə edə bilərik ki, terrorizmin, dini radikalizmin qarşısını alaq, biz bunun üçün birgə hərəkət etməliyik. Çox vacibdir ki, cəmiyyətdə bu ideyalar yayılsın, bu problemlərin həllində gənclərin rolu vacibdir. Din dünyada bölünmə, ayrı-seçkilik mənbəyi olmamalıdır. Tolerantlıq qarşılıqlı hörmət deməkdir, məktəblərdə uşaqlara dinin sülhə xidmət etməsinin zəruriliyini tədris etmək lazımdır ki, din radikalizmə xidmət etməsin. Azərbaycanın təcrübəsini bu gün müzakirə etməklə biz bunun dünyada bir nümunə olduğunu çatdırmaq istəyirik. Cənab Prezident Multikulturalizm Mərkəzi yaratmaq təşəbbüsünü irəli sürüb və biz bu mərkəzlə birgə çalışmalıyıq”.
Daha sonra Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu iştirakçılara çatdırıb. Prezident iştirakçıları Beynəlxalq Tolerantlıq Günü münasibətilə təbrik edib. O, Azərbaycanın dini tolerantlıq məkanına çevrilməsini ölkə siyasətinin əsaslarından biri adlandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info