“Azərbaycanda din-dövlət münasibətləri düzgün qurulub”
Tarix: 17.11.2014 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


“Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Mədəniyyətlərarası dialoq forumlarının təşəbbüskarı, multikulturalizm ideyasının dünya miqyasında fəal müdafiəçisidir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində də tolerantlığın beynəlxalq müstəvidə təşviqi prioritet istiqamətlərdən birini təşkil edir”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ATƏT-in Bakı layihə əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə təşkil etdiyi dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün hər kəs Azərbaycanda dini-mənəvi irsə ehtiramı, tolerantlıq ənənələrini bilavasitə müşahidə edib dəyərləndirmək imkanına malikdir: “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə birgə keçirdiyimiz Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş tədbirdə tolerantlıq sahəsində nailiyyətlərimizi bölüşmək haqqını qazanmağımız, heç şübhəsiz, bu sahədə nailiyyətlərimizə verilən yüksək dəyərdir. Xalqımızın milli-mənəvi və tarixi irsinə istinad edən Azərbaycanın ümumbəşəri ideyaların carçısına çevrilməsi bizim üçün böyük qürur mənbəyidir. Bu tolerantlığın dövlət siyasətinin ayrılmaz hissəsi olaraq bünövrəsini qoymuş ulu öndərimiz Heydər Əliyevin yoludur və bu uğurlara görə biz onun ruhuna borcluyuq”.
A.Paşazadə qeyd edib ki, Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərilərində hiss edirlər: “Məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar fəaliyyət göstərir, onların yeniləri inşa edilir, bərpa və yenidənqurma işləri həyata keçirilir. Heç bir din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən bütün dini icmalar dövlətin maddi və mənəvi yardımından yararlanaraq, öz ibadətlərini, dini bayram və ayinlərini icra edirlər. Mühüm olan odur ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda din-dövlət münasibətləri düzgün qurulub, milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Vətəndaşlarımızın demokratik insan hüquqları, o cümlədən dini etiqad azadlıqları qanunla təsbit və təmin olunur”.

Şeyxin sözlərinə görə, dünyanın üzləşdiyi siyasi, iqtisadi, sosial, mədəni problemlərin kökündə mənəvi böhran durur: “Məhz mənəviyyat sahəsində baş verən problemlər həyatımızın bütün sahələrində fəsadlı əksini tapır. Allahın yaratdığı ən böyük dəyər insandır və onun həyatının xilası tolerantlıqdan - müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından keçir. Bu məqamı torpaqları erməni işğalçıları tərəfindən zəbt olunmuş xalqımız hətta Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə də unutmur, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllində israr edir. Biz BMT-nin məlum qətnamələrinə əməl olunmasını tələb edir, ATƏT-in Minsk Qrupunun sülhyaratma missiyasından real nəticə gözləyirik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info