Bahar Muradova: “Azərbaycan modeli ATƏT regionunda seçilən modeldir”
Tarix: 17.11.2014 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


“Azərbaycan dövləti indiyə qədər ATƏT dəyərlərinin ölkədə, o cümlədən regionda bərqərar olması ilə bağlı ciddi addımlar atıb”.
Bunu Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda “Dini tolerantlığın möhkəmləndirilməsi: Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, Azərbaycan hələ də haqlı olaraq ATƏT-dən öz ərazi bütövlüyü problemləri ilə bağlı vahid mövqe gözləyir.
B. Muradova qeyd edib ki, Azərbaycanda dini və etnik tolerantlığın bir neçə aspektdə əsasları mövcuddur: “Onlardan biri tarixi aspektdir. Azərbaycanın bir neçə minilliyə söykənən tarixinə nəzər saldıqda görəcəyik ki, bu ərazidə yaşayan insanlar etnik və dini kimliyindən asılı olmayaraq bir-biri ilə qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Kənardan bizə yeridilən bir sıra münaqişələr, etnik və dini münaqişələr, ərazi iddiaları, təcavüz aktları bizi bir-birimizə qarşı qisas hissi ilə yaşamağa vadar etməyib, əksinə, bu durumdan çıxmağın birgə yollarını axtarmağa çalışmışıq. Hesab edirəm ki, uzun minilliklər ərzində yaşadığımız bu tarixin ən müxtəlif mərhələlərində bir insan olaraq insanlığımızı, bəşər övladı olduğumuzu anlamağı qoruyub saxlaya bilmişiksə, ilk növbədə öz xarakterimizə, öz milli kimliyimizə borcluyuq”.
B. Muradova bəyan edib ki, Azərbaycanda milli-dini dözümlülük və tolerantlıq özünü mütləq şəkildə siyasi yanaşmalarda da büruzə verir: “Azərbaycanda siyasi cəhətdən tolerantlığın və dözümlülüyün ciddi əsasları var. Azərbaycan ərazisində tarixən mövcud olan bütün dövlətlərin hər zaman dövlət quruculuğunun əsas prioritet istiqamətlərindən biri burada yaşayan millətlərin, etnik qrupların, dini təmayüllərin birgə yanaşmasını təmin etmək olub. Biz bütün dövrlərdə vətəndaşlara vətəndaş münasibəti bəsləmişik. Burada dövlət-vətəndaş münasibətləri ən ali bəşəri dəyərlərə söykənib. Azərbaycanda bütün bunları hüquqi aspektdən əks etdirən qanunvericilik, mükəmməl baza və siyasi iradə mövcuddur. Azərbaycanın milli, dini, tarixi ənənələrini özündə əks etdirən dövlət sistemimiz, qanunverici bazamız və ən əsası, ATƏT regionunda daim nümayiş etdirdiyimiz müstəqil siyasi iradəmiz var. Bütün xalqlar, etnik qruplar, dini icmalar harada yaşamasından asılı olmayaraq, sülh və təhlükəsizlik şəraitində yaşamalıdır. Azərbaycan modeli də məhz budur. Azərbaycan modeli ATƏT regionunda seçilən modeldir”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info