“Bakı olimpiadası-2014” tələbələrin fənn olimpiadası başa çatıb
Tarix: 17.11.2014 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə tələbələr arasında müxtəlif fənlər bloku (informatika, siyasi biliklər, təbiət elmləri, tarix və coğrafiya) üzrə keçirilən “Bakı olimpiadası-2014” layihəsi başa çatıb.
Monolit Plaza otelində keçirilən bağlanış və qaliblərin mükafatlandırılması mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək ölkəmizdə reallaşdırılan gənclər siyasəti haqqında məlumat verib, savadlı gənc nəslin formalaşmasının vacibliyini vurğulayıb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxışında bu kimi tədbirlərin önəmli olduğunu vurğulayıb.
Çıxış edən AzGF-in Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov gənclər fondunun bundan sonra da bu kimi bilik yarışmalarını dəstəkləyəcəyini bildirib.
Daha sonra çıxış edən ATGTİ-nin sədri Şahin İsmayilov olimpiadanın finalçılarını bir daha təbrik edərək, onları ATGTİ-nin fəaliyyətində yaxından iştirak etməyə dəvət edib.
Mərasimin sonunda “Bakı olimpiadası-2014” hər bir fənn bloku üzrə qaliblər elan edilib, onlara sertifikatlar və qiymətli hədiyyələr təqdim edilib.
Qaliblər siyahısı:

Tarix və coğrafya fənni üzrə:

1-ci yer ADİU tələbəsi - İbrahim Vəlizadə

2-ci yeri DİA tələbəsi - Aydan Tağızadə

3-cü yer "Qafqaz" Universitetinin tələbəsi - Cavid Qədirov

İnformatika fənni üzrə qaliblər:

1-ci yer ADNA tələbəsi - Tural Qurbanov

2-ci yeri ATU tələbəsi - Elnur Hacıyev

3-cü yer AzTU tələbəsi - Nuridə Məmmədova

Siyasi biliklər fənni üzrə qaliblər:

1-ci yer BDU tələbəsi - Fərid Əliyev

2-ci yeri DİA tələbəsi - Lətifə Məmmədova

3-cü yer BDU tələbəsi - Səbuhi Abbasov

Təbiət elmləri fənni üzrə qaliblər:

1-ci yer ATU tələbəsi - Elxan Talıblı

2-ci yeri ATU tələbəsi - Ülkər Həsənli

3-cü yer ATU tələbəsi - Ülvi Hacızadə

Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22.04.2019
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info