Türkiyədə oxuyan tələbələrimizdən yeni kampaniya
Tarix: 17.11.2014 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Xaricdə təhsil alan və eləcə də ayrı-ayrı ölkələrdə yaşayıb fəaliyyət göstərən gənclərimizin aktivliyi daim göz önündə olub. Xüsusən də Türkiyədə ali təhsilini davam etdirən gənclərimizin sayının çox olduğunu nəzərə alsaq bu xüsusda qardaş ölkədə daha böyük işlərin görüldüyünü düşünmək olar. Türkiyədə oxuyan gənclərimiz artıq bir neçə dəfə operativ və səmərəli tədbirlər keçirməklə yadda qalıblar. Bunlara misal olaraq Xocalı soyqırımı və digərlərini göstərmək olar. Ayrı-ayrı təşkilatlar da azərbaycanlılara bağlı olan tədbir və hadisələrdə daim aktivlik nümayiş etdiriblər. Ankarada fəaliyyət göstərən və bir neçə ictimai, sosial tədbirlərin müəllifi olmuş “Türkiye Azerbaycan Kardeşlik Topluluğu” da bu mənada daim aktiv olub. Təşkilat bu dəfə “#SaveAzeHostages” kampaniyasına qoşulub. İlk dəfə olaraq xaricdə oxuyan tələbələrimiz öz müəllimlərini və təhsil aldıqları ölkədən olan tələbələri də bu kampaniyaya cəlb edə biliblər. Türkiyədə təhsil alan,“Türkiye Azerbaycan Kardeşlik Topluluğu”nun sədri Aytek Məmmədli bununla bağlı açıqlama verərək deyib ki, hazırda gənclərimizin bu istiqamətdə təbliğat işləri uğurla davam etdirilir: “Hər kəs gözəl bilir ki Ermənistan zaman-zaman ölkəmizə qarşı antitəbliğat kampaniyaları aparıb. Amma bu antitəbliğatların heç bir dərin kökü olmayıb və heç nəyə də əsaslanmayıb. Uydurma faktlar və hadisələr fonunda aparılan bu kampaniyalar təbii ki, elə də effektiv olmayıb. Lakin ərazisi işğal olmuş, vətəndaşları didərgin düşmüş və soyqırımına məruz qalmış bir ölkənin gənclərinin apardığı təbliğat kampaniyası təbii ki diqqətlə qarşılanır. Son olaylardan sonra isə biz reallıqları əcnəbi tələbələrə də tanıda bildik”. Bundan başqa o, daim Türkiyədə təhsil alan gənclərin aktiv olduğunu da vurğulayıb. Onun sözlərinə görə gələcəkdə də bu tip tədbirlərə ehtiyac yaranacağı halda lazımi addımları atacaqlar.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info