Region gənclərinin məşğulluq və karyera imkanları artırılır
Tarix: 17.11.2014 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi “Şəki-Zaqatala regionu gənclərinin məşğulluq və karyera imkanlarının artırılması” adlı layihənin icrasına uyğun ilk təlim-məlumatlandırma sessiyasına Balakən rayonunda başlayıb.
Yerli icra hakimiyyətləri, gənclər və idman idarələri, rayon, şəhər əhalinin əmək və sosial müdafiə və məşğulluq mərkəzləri ilə birgə əməkdaşlıq şəklində həyata keçirilən layihə Şəki şəhərində, Qax, Zaqatala və Balakən rayonlarında məşğulluq imkanları və karyera inkişafına dair sorğu və ictimai monitorinqlərin keçirilməsinə, hər bir rayonda təlim sessiyaları vasitəsilə bu regionun gənclərinə məşğulluq, yeni iş imkanları, karyera inkişafı, CV və istək məktubunun hazırlanması, iş müsahibələri, işaxtaranlar üçün qanunvericilik-normativ sənədlər, işədüzəlmə üçün hüquqi sənədlərin tərtibi, dövlət qulluğuna hazırlıq, yeni peşə-ixtisas və vərdişlərinə yiyələnmə və s. mövzularında interaktiv üsullarla maarifləndirmənin aparılmasına, region gənclərinin Məşğulluq Forumu və sərgisinin təşkilinə, “Uğurlu Karyeraya dair Yaddaş Kitabçası”nın nəşrinə, yayımına, regionun gənc könüllü təlimçilər şəbəkəsinin qurulmasına və geniş PR fəaliyyətinə yönəlib.

Balakən rayonunda fəal gənclərin iştirakı ilə keçirilən təlim-məlumatlandırma sessiyasının açılışında ADTGT sədri Asif Əsgərli, təşkilatın sədr müavini, layihənin koordinatoru Gülnarə Bağırova, təlimçi-ekspert Dadaş Əhmədov, rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov, yerli icra hakmiyyəti və məşğulluq mərkəzinin məsul əməkdaşları iştirak ediblər.
Rəsmi açılışdan sonra təlimçi-ekspert D.Əhmədov məşğulluq və karyera inkişafı istiqamətində bölgə gənclərinə yeni iş imkanları, CV və istək (maraq) məktubunun hazırlanması, iş müsahibələri, işaxtaranlar üçün qanunvericilik-normativ sənədlər, işədüzəlmə üçün hüquqi sənədlərin tərtibi, dövlət qulluğuna hazırlıq, bacarıq və vərdişlərinə yiyələnmə və s. mövzularda geniş və zəngin bilgi və informasiyalar çatdırıb.
Təlim iştirakçılarının mövzuları daha maraqlı qavramaları üçün interaktiv məşğələ, rol oyunları, işçi tapşırıqlar və digər maraqlı metodologiyalar tətbiq olundu, sorğu və qiymətləndirmə aparıldı. 2 gün davam edən təlimin sonunda iştirakçılara yekunlara dair sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi Şəki-Zaqatala regionunda gənclərə bərabər məşğulluq imkanlarının yaradılması, onların uğurlu karyera inkişafı üçün xüsusi bilik, bacarıq və vərdişlərin aşılanması, bölgə gənclərinin öz gücünə inanmaqda kömək göstərilməsinə və regionda gənclərin fəaliyyət dairələrinin zənginləşməsi üçün müvafiq şəraitin yaradılmasına dəstək verməkdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info