“Dinlər daxilində radikalizm və ekstremizmlə mübarizə güclənməlidir”
Tarix: 17.11.2014 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


“Bütün səmavi dinlər tolerantlığa, sülhə, dözümlülüyə çağırmasına baxmayaraq, bəzən bundan sui-istifadə edilir”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, bu gün dünyanın 30 ölkəsində müxtəlif zəmində münaqişə gedir ki, bunlardan 12-si dini zəmində baş verir: “Dinlər daxilində radikalizm, ekstremizmlə mübarizə güclənməlidir. Radikalizm təkcə İslamda deyil, xristianlıqda, hətta humanizm dini hesab edilən buddizmdə də var”.
M. Qurbanlı qeyd edib ki, tolerantlıq dünyanın ən alternativ seçimlərindən biridir və harada multikulturalizm varsa, orada tolerantlıq da olmalıdır: “Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda tolerantlıq Azərbaycan vətəndaşları üçün həm də mənəvi öhdəlikdir. Bu, bizdə qanunla tənzimlənsə də, həm də xalqın qan yaddaşındadır, onun tələbatıdır. Baxmayaraq ki, Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb, Bakıda erməni kilsəsi qalmaqda davam edir. Azərbaycanda yəhudi ravvini ilə müsəlman axund bir yerdə oturub çay içir, müzakirələr aparır”.
Komitə sədri təklifini də açıqlayıb: “Təklif edirik ki, ATƏT hər il ən tolerant şəhər müsabiqələri keçirsin, bu istiqamətdə araşdırmalar aparsın. Mən əminəm ki, bu araşdırma və müsabiqələrdə Azərbaycan birinci yeri tutacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info