Rusiya İrandan Azərbaycana dəmiryol xətti çəkmək niyyətindədir
Tarix: 17.11.2014 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


"Rusiya Dəmir Yolları" ASC İrandan Azərbaycana və daha sonra Rusiyaya dəmiryol xətti tikmək və onu elektrikləşdirmək niyyətindədir. “RİA Novosti”nin məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Dumasının Nəqliyyat Komitəsinin sədri Yevgeni Moskviçev Dumanın spikeri Sergey Narişkinin noyabrın 16-dan 17-dək İranda işgüzar səfəri çərçivəsində müzakirə olunan məsələləri şərh edərkən bildirib. Moskviçev deyib: "Son 3-5 il ərzində ikitərəfli münasibətlərdə tam anlaşma mövcuddur, dəmiryol, aviasiya və dəniz nəqliyyatı üzrə memorandumlar hazırlanıb və həmin sənədlərin 2015-ci il iyulun əvvəlində imzalanacağını güman edirəm".
Onun sözlərinə görə, İranla Rusiya arasında nəqliyyat sahəsində bəzi ikinci dərəcəli problemlər mövcuddur. Belə ki, İran hələ “Yaşıl kart” sistemini (OSAQO-nun bəznəri) tam işə salmayıb. İranlı sürücülər RF-də OSAQO-nu bir il müddətinə, rusiyalılar isə İranda cəmi 15 günlüyə götürə bilərlər: "İran (Nəqliyyat) Nazirliyi tərəfdən anlaşma var və bu məsələ müsbət həll olunacaq".
İran tərəfi isə Rusiyanın daxili sularına, çaylarına öz gəmilərinin çoxdəfəlik girişi imkanı ilə bağlı məsələ qoyur. O, bunun üçün iranlılardan çoxdəfəlik vizaların tələb olunduğunu izah edib. Komitə sədri bu məsələnin də həllini tapacağına ümidini ifadə edib və bununla bağlı problemlərin yaranmayacağını güman edir.
Moskviçevin sözlərinə görə, son 2-3 il ərzində dəmir yolu istisna olmaqla nəqliyyatın bütün növləri üzrə daşımalar artır. Narışkinin İrana səfəri zamanı onun İran parlamentinin sədri Əli Laricani, eləcə də sabiq dövlət başçısı Əli Əkbər Haşimi Rəfsəncani ilə görüşləri planlaşdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info