Bakıda Uşaqların III Ümumrespublika Forumu keçirilir
Tarix: 17.11.2014 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə noyabrın 17-də Bakıda Uşaqların III Ümumrespublika Forumu keçirilir. Forumda 350 nəfərə yaxın uşaq, həmçinin xüsusi istedada malik, xüsusi qayğıya ehtiyacı olan, digər millətlərdən, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar iştirak edirlər. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxudu. Sonra uşaq siyasəti ilə bağlı film nümayiş olundu. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirdi ki, ötən forumlarda iştirak edən uşaqların səsləndirdikləri bütün təkliflər hökumət tərəfindən hazırlanan müxtəlif proqramlarda öz əksini tapıb. Forum həm də əsas verir ki, hər bir uşaq onu düşündürən, narahat edən məsələləri dilə gətirsin, problemlərin birgə həlli yolları araşdırılsın. Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, uşaqlara göstərilən diqqət və qayğıdan danışıb.
Forum iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info