ADA Universiteti təlim kursu keçirəcək
Tarix: 17.11.2014 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


ADA Universitetinin İxtisasartırma Proqramları noyabrın 19-27-də xarici diplomatlar üçün təlim kursu keçirəcək.
Universitetin mətbuat xidmətindən bildiriblər ki, kursun məqsədi xarici diplomatlar və dövlət qulluqçularına Xəzər dənizi hövzəsi regionu haqqında müfəssəl məlumat verməkdir. Kurs müddətində iştirakçılar həmin regionun tarixi, mədəniyyəti, demoqrafik vəziyyəti, etnik və ərazi münaqişələri, ticari, iqtisadi əlaqələri, geosiyasi, regional təhlükəsizliyi və digər məsələlər barədə məlumatlandırılacaqlar.
Kursda Əfqanıstan, Argentina, Banqladeş, Bolqarıstan, Çin, Kolumbiya, Xorvatiya, Misir, Malayziya, Qətər, Rumıniya, Səudiyyə Ərəbistanı, Serbiya, İspaniya və Türkmənistanın Xarici İşlər nazirliklərində çalışan yüksək və orta çinli 16 diplomat iştirak edəcək.
Kursun təlimçiləri arasında ADA Universitetinin professor və tədqiqatçıları, o cümlədən Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Dövlət Neft Fondu, ölkədə akkreditə olunmuş səfirliklərin nümayəndələri və parlament üzvləri olacaq.
Kursun açılışında ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev iştirak edəcək.
Proqram çərçivəsində iştirakçılar Azərbaycan Xarici İşlər Nazirliyində, Səngəçal terminalında olacaq, Şəki və Qəbələ regionlarına səfər edəcəklər.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info