Azad Rəhimov “Bakı 2015” Avropa oyunlarının təqdimat mərasimində iştirak edəcək
Tarix: 17.11.2014 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Gənclər və idman naziri Azad Rəhimov Türkiyəyə rəsmi səfərə yola düşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məqsəd İstanbulda Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimində iştirak etməkdir.
İstanbulun "Çırağan" sarayında baş tutacaq təqdimat mərasimində Bakı 2015 Avropa oyunlarına hazırlıq haqda film nümayiş olunacaq, yarışlarda Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növü üzrə yarışlarda mübarizə aparacaqları haqda məlumatlar veriləcək. Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın sədrliyi ilə görülən işlər, yarışların keçiriləcəyi məkanlar, istifadəyə verilmiş və hazırda tikilməkdə olan idman qurğuları, 7300 nəfər üçün nəzərdə tutulmuş Olimpiya kəndinin hazırlığı istiqamətində görülən işlər barədə məlumatlar da diqqətə çatdırılacaq.
A. Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarının bir il sonra Rioda gerçəkləşəcək Olimpiya oyunlarına hazırlıq xarakteri daşıdığını və bir neçə idman növündə lisenziya qazanmaq istiqamətində xüsusi rol oynadığını diqqətə çatdıracaq. Nazir eyni zamanda Bakı şəhərinin müxtəlif illərdə bir sıra Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, 22 illik müstəqilliyi dövründə Azərbaycanın 200-dən artıq idmançısı ilə yay və qış olimpiya oyunlarına qatıldığını, Azərbaycan yığmasının bugünədək iştirak etdiyi Olimpiadalarda 26, Avropa və Dünya çempionatlarında isə 2000-ə yaxın medal qazandığı haqda məlumatları qonaqlarla bölüşəcək.
A. Rəhimov çıxışı zamanı Bakının bir çox beynəlxalq yarışlara ev sahibliyi etdiyini, Bədii Gimnastika üzrə Avropa çempionatının yüksək səviyyədə keçirildiyini, 2016-cı ildə ölkəmizdə Formula 1 Gran Pri, şahmat üzrə Dünya çempionatının, 2017-ci ildə İslam Həmrəyliyi oyunlarının baş tutacağı barədə məlumatları da diqqətə çatdıracaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info