Azərbaycanda uşaqların müdafiəsi sahəsində görülən işlər beynəlxalq arenada yüksək dəyərləndirilir
Tarix: 17.11.2014 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


“mək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin başçılıq etdiyi, Ombudsman Aparatının sektor müdiri Rəşid Rumzadə, Daxili İşlər Nazirliyinin şöbə rəisi Adıgözəl Adıgözəlov və UNİCEF-in Uşaq müdafiə proqramının təmsilçisi Ramiz Behbudovdan ibarət nümayəndə heyəti UNİCEF-in Belarusun Minsk şəhərində keçirilən regional konfransında iştirak edib.
"Milli uşaq müdafiə sistemlərinin gücləndirilməsi, uşaqların baxımsızlığı, təhqir, zorakılıq və istismardan müdafiəsi" mövzusunda keçirilən konfransa Mərkəzi Avropa və Asiyadan 22 region dövlətinin nümayəndə heyəti, milli insan hüquqları təsisatları, QHT və müstəqil ekspertlər, UNİCEF təmsilçiləri qatılıb. Tədbirdə müxtəlif dövlətlərin nümayəndə heyətlərinin, müstəqil ekspertlərin uşaqlara qarşı etinasızlıq, istismar və zorakılıq, onların sui-istifadədən qorunması məsələlərinə dair məruzələri, tanınmış ekspertlərin video müraciətləri dinlənilib. Habelə ölkələrdə milli uşaq müdafiə sistemlərinin inteqrasiyası, həyata keçirilən islahatlar, müsbət təcrübə və qarşıda duran çətinliklərin həlli üzrə təqdimatlar edilib. Dövlətlərin sosial müdafiə, təhsil, səhiyyə və ədliyyə siyasəti sahəsində dəstəklənən siyasət və standartları, monitorinq və nəzarət sistemlərinin yaradılması üzrə proqramları, yanaşma və təşəbbüsləri, milli insan hüquqları təsisatlarının bu proseslərdə rolu tədbirin əsas müzakirə mövzularından olub.
Konfransın ilk plenar iclası Azərbaycan nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İ.İsayevin moderatorluğu ilə işə başlayıb. İclasda müxtəlif hökumət, beynəlxalq təşkilat, müstəqil ekspert və QHT təmsilçilərinin mövzu üzrə təqdimatları ilə keçib. Konfransda Azərbaycan nümayəndə heyətinin rəhbəri İ.İsayevin Azərbaycanda dövlət uşaq siyasətinin inkişafı sahəsində həyata keçirilən uğurlu islahatlar, hesabatlılıq, bu sahədə milli qanunvericilik sisteminin təkmilləşdirilməsi, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası istiqamətində görülən işlər barədə məruzəsi dinlənilib. İ.İsayev çıxışında “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası çərçivəsində uşaqların maraqlarının effektiv maraqlarının əsas hədəflərdən olması və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın milli və beynəlxalq səviyyədə uşaq müdafiə sisteminə dəstəyi və əldə olunmuş uğurlu nəticələr haqqında dolğun məlumatlar verib. Məruzə maraqla qarşılanıb və iştirakçılar tərəfindən Azərbaycan Respublikasında bu sahədə olan uğurlu fəaliyyət müsbət ölkə təcrübəsi kimi yüksək dəyərləndirilib.
YUNİSEF-in dəstəyi və Belarus hökumətinin təşkilatçılığı ilə keçirilən regional konfrans milli uşaq müdafiə sistemlərinin gücləndirilməsinə dair maraqlı təqdimatlar, qarşılıqlı diskussiya və müzakirələrlə başa çatıb. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti YUNİSEF-in Mərkəzi Avropa və Asiya üzrə Regional direktoru xanım Marie-Pierre Poirier, BMT-nin Uşaq Fondunun ekspertləri, müxtəlif dövlətlərdən olan milli insan hüquqları təsisatlarının nümayəndələri, o cümlədən Belarus hökumətinin rəsmiləri ilə görüşüb, müzakirələr aparıblar.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25.05.2019
“Qafqazda Azərbaycan və erməni məsələsi“ kitabının müzakirəsi keçirilib
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info