Vergilər Nazirliyi işə qəbulla bağlı imtahan keçirib
Tarix: 17.11.2014 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi TQDK ilə birgə Bakı Dövlət Universitetinin inzibati binasında “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında“ Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Nazirlikdən verilən məlumata görə, test imtahanında iştirak etmək üçün elektron ərizə ilə müraciət edən 1936 nəfərdən 1717-nin sənədləri qəbul olunub, imtahanda 1373 nəfər iştirak edib. 3 saat davam edən test imtahanı zamanı namizədlər Vergilər Nazirliyinin müvafiq test bankından seçilmiş hüquq və ixtisas sahələri üzrə 80, informatika və məntiq üzrə isə TQDK tərəfindən tərtib olunmuş 20, cəmi 100 sualı cavablandırıblar. İmtahanda iştirak edən namizədlərdən 288 nəfəri müsabiqə şərtini ödəyərək - 70 və daha yüksək bal toplayaraq növbəti mərhələyə - müsahibəyə buraxılıb. Növbəti mərhələdə namizədlər Vergilər Nazirliyinin müsabiqə komissiyası tərəfindən təşkil olunan müsahibədən keçməlidirlər. Bu mərhələdən də uğurla keçənlər namizədlər vergi orqanlarında işlə təmin olunmaq imkanı əldə edəcəklər. Müsahibənin dəqiq vaxtı və nəticələri barədə Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və kütləvi informasiya vasitələrində məlumat veriləcək. İndiyədək keçirilmiş 9 müsabiqə nəticəsində vergi xidmətinə 1000 nəfərdən çox gənc işə qəbul olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info