Gəncədə konfrans
Tarix: 17.11.2014 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Gəncədə 16 Noyabr - Beynəlxalq tolerantlıq gününə həsr olunan dəyirmi masa-konfrans keçirilib. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan - tolerantlığa nümunə ölkə” adı altında təşkil olunan tədbirə bölgədə fəaliyyət göstərən dini icmaların təmsilçiləri, eləcə də ictimaiyyət nümayəndələri qatılıb. DQİDK-nin sədrinin birinci müavini Səyyad Salahlı deyib ki, Azərbaycanın mövcud qanunvericilik bazası və əsrlərdən bəri formalaşaraq gələn tolerantlıq ənənəsi ölkəmizdə dini, milli və irqi mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlar çərçivəsində yaşamasını təmin edir. Komitənin sədr müavini deyib ki, Azərbaycanda 25 əsrdir yəhudilərin, 2000 ildir xristianların sülh və əmin-amanlıq şəraitində yaşaması ölkəmizdə tolerantlıq və dini dözümlülük mühitinin tarixən mövcud olmasının sübutudur. Daha sonra çıxış edənlər də Azərbaycanın etnik, dini və milli baxımdan zənginliyinin tarixən qorunmasının ölkəmizin tolerantlığa model ölkə olmasının sübutu kimi qiymətləndirib. Bölgədə fəaliyyət göstərən müsəlman, xristian və yəhudi icmalarının sədrləri də qeyd edib ki, hər üç səmavi dinə məxsus ibadətgahların eyni dərəcədə həm dövlət, həm də xalq tərəfindən qorunması ölkədə dini dözümlülük şəraitinin mövcudluğuna əyani sübutdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Azərbaycanda kartof və soğanın qiyməti mayın sonu ucuzlaşacaq
25.04.2019
Problemli kreditlərlə bağlı 3 gündə 31 mindən çox şəxs kompensasiya alıb
25.04.2019
Milli zərgərlik sənətinə yiyələnən gənclərə sertifikatlar verilib - VIDEO
24.04.2019
3 ayda Azərbaycan əhalisinin gəlirləri artaraq 12 milyard manatdan çox olub
24.04.2019
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info