Vergilər Nazirliyinin daha bir xidmət mərkəzi istifadəyə verilib
Tarix: 17.11.2014 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Vergilər Nazirliyi vergi ödəyiciləri üçün daha bir xidmət mərkəzini istifadə verib. Vergilər Nazirliyindən verilən məlumata görə, Bakı Şəhər Vergilər Departamentinin yeni Vergi ödəyicilərinə xidmət mərkəzi Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 276 ünvanında yerləşir.
Xidmət mərkəzində fiziki və hüquqi şəxslərin elektron qeydiyyatının aparılması, nəzarət-kassa aparatlarının, təsərrüfat subyektinin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, fəaliyyətin bərpası, dayandırılması, xitam verilməsi, uçot məlumatlarında dəyişiklik, bəyannamələrin, hesabat və arayışların göndərilməsi, bankda hesabın açılması, e-vergi hesab-fakturalarının göndərilməsi, məktub və ərizələrin göndərilməsi, “ASAN imza”nın, habelə istifadəçi kodu, şifrə və parolun əldə edilməsi və dəyişdirilməsi və s. məsələlər üzrə xidmətlər göstərilir.
Mərkəzdə vətəndaşlara vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar verilir, müraciət edənlərə büdcəyə olan borclarının öyrənilməsi və öz şəxsi vərəqələrinə nəzər salmaq imkanı yaradılır, vergilərə aid ərizə və hesabat formalarının, buklet və başqa nəşrlərin verilməsi təmin edilir. Xidmət mərkəzi iş günləri saat 09:00-dan saat 18:00-dək fasiləsiz fəaliyyət göstərəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılara subsidiya verilməsi ilə bağlı qərar 5 il müddətində qüvvədə olacaq
20.09.2018
Azərbaycanda Çinlə birgə elektron ticarət platforması yaradıla bilər
20.09.2018
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın satışı üçün sertifikat və lisenziya alıb
20.09.2018
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
20.09.2018
Pambığın alış qiyməti artırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info