“Qərb Kiyevdəki “müştəriləri”nin radikal siyasətinə təsir etməyə cəhd göstərməlidir”
Tarix: 17.11.2014 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


“Qərb Rusiyadan Ukrayna münaqişəsinin həllini gözləmək əvəzinə Kiyevdəki “müştəriləri”nin radikal siyasətinə təsir etməyə cəhd göstərsin”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Almaniyanın “ARD” telekanalına müsahibəsində deyib.
Rusiya Prezidenti Ukraynanın gələcəyi ilə bağlı sualı cavablandırarkən bu ölkənin etnik tərkibinə və formalaşma tarixinə görə mürəkkəb olduğunu qeyd edib:
“Bu ölkənin gələcəyi varmı? Düşünürəm ki, var. 43-44 milyonluq, Avropa mədəniyyətinə malik, böyük bir Avropa ölkəsidir. Məncə, bu ərazilərdə yaşayan və müxtəlif dillərdə danışan insanlar hiss etməlidirlər ki, istənilən ərazidə öz haqlarını tələb edə bilərlər. Buna görə də Ukraynada bəzi siyasi qüvvələrin federallaşmanın mümkünlüyünə qarşı olmalarını başa düşə bilmirəm. Kimsə Rusiyanın müxtəlif münaqişələrin həlli ilə bağlı xüsusi imkanlarının olduğunu deyəndə, bu məni narahat edir. Mən həmişə məsuliyyətin bizə ötürülməsindən və ölkəmizin nəyisə ödəməyə məcbur edilməsindən şübhələnməyə başlayıram. Biz bunu istəmirik. Ukrayna müstəqil, azad və suveren ölkədir”.

Minsk razılaşmasına gəldikdə isə Rusiya Prezidenti bu razılaşmada ölkəsinin fəallıq göstərdiyini deyib. “Biz heç nəyə cəhd etməsəydik, nəyəsə nail olunmayacaqdı. Bəli, etiraf edirik ki, bu razılaşmanın həyata keçirilməsində müəyyən çətinliklər var. Əsas odur ki, qan axıdılması dayandırılsın və siyasi dialoq üçün şərait yaradılsın. Deyirsiniz ki, Donbasda silahlılar silahları və artilleriya sistemlərini haradan alırlar? Savaşan və bunu haqq işi olduğunu hesab edən insanlar həmişə silah əldə edəcəklər. Ukrayna hökuməti onlara qarşı müxalif olan hər kəsi məhv etmək istəyir. Siz bunu istəyirsiniz? Biz buna qarşıyıq. İmkan verməyəcəyik ki, bu, baş versin. Ola bilsin ki, Ukraynada kimlərinsə bir-birindən xoşu gəlmir. Lakin gəlin bu regionda vahid siyasi mühitin formalaşmasına çalışaq. Biz bu istiqamətdə birgə işləməyə hazırıq”, - deyə o vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info