“Dünya iqtisadiyyatı yeni maliyyə böhranı astanasındadır”
Tarix: 17.11.2014 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın baş naziri Devid Kemeron Brisbendə keçirilən G20 sammitinin nəticələri ilə bağlı məqaləsində dünya iqtisadiyyatının yeni qlobal maliyyə böhranı astanasında olduğu barədə xəbərdarlıq edib.
”The Guardian” qəzeti xəbər verir ki, Britaniya hökumətinin başçısı altı il bundan əvvəl dünyanı diz üstə çökdürən maliyyə böhranından sonra, dünya iqtisadiyyatını yenidən təhlükə gözlədiyini bildirib.
“Böyük iyirmilik” sammiti zamanı dünya liderləri ilə görüşündə iqtisadi problemlərin aydın göründüyünü deyən D.Kemeron Avrozonanın yüksək işsizlik, iqtisadi artım tempinin azalması və qiymətlərin real ucuzlaşması ilə səciyyəvi olan tənəzzülün mümkün üçüncü dalğası astanasında dayandığını, böhrandan sonrakı ilk mərhələdə iqtisadi artımının lokomotivi olan bazarların inkişaf dinamikasının zəiflədiyini vurğulayıb. Dünya iqtisadiyyatını təhdid etməkdə olan digər təhlükələr sırasına dünya ticarətinin liberallaşdırılması istiqamətində danışıqlarda yaranan durğunluğu, Ebola virusu ilə bağlı epidemiyanı və Yaxın Şərqdəki münaqişə ocaqlarını da əlavə edən Baş nazir Britaniyadakı iqtisadi artımın hökumətin doğru yolda olduğunu, lakin qlobal təsərrüfatda artan neqativ tendensiyaların onun ölkəsinin iqtisadiyyatına da təsir göstərə biləcəyini qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info