“Azəryolservis” payız-qış mövsümünə hazırlıq işləri görür
Tarix: 17.11.2014 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Payız-qış mövsümü ilə bağlı Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi aparatında (ASC) qərargah yaradılıb.
“Azəryolservis” ASC-dən verilən məlumata görə, yaradılan qərargah payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin edəcək. Eyni zamanda, yol istismar idarələri xidmət etdiyi avtomobil yolları üzrə tədbirlər planı hazırlayaraq icrasına başlayıb. Buraya avtomobil yollarının və yol avadanlıqlarının texniki vəziyyətinə baxış, yol texnikasının, maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin hazır vəziyyətə gətirilməsi, körpülər yerləşən ərazidə çayların yataqlarının, yollarda suötürücü boruların və yol kənarlarındakı suaxıdıcı xəndəklərin təmizlənməsi, qum, texniki duz, yanacaq-sürtkü materialları ehtiyatının yaradılması və s. daxildir.
Bundan əlavə, magistral yollarda, dağlıq rayonlarda, Bakı şəhərində avtomobil yollarında, prospekt və küçələrdə mövcud vəziyyətlə bağlı operativ tədbirlərin görülməsi üçün ASC-nin mərkəzi aparatında sutkalıq növbətçilik də təşkil olunub.
Qeyri-sabit hava şəraitində yarana biləcək xoşagəlməz halların aradan qaldırılması üçün kifayət qədər material ehtiyatı və maşın-mexanizmlər vardır. İlkin mərhələdə 24885 kubmetr qum, 1160 ton texniki duz ehtiyatı yaradılıb. Əlavə 500 ton texniki duzun alınması üçün müqavilə bağlanılıb. Həmçinin 1047 maşın-mexanizm və nəqliyyat vasitəsi hazır vəziyyətə gətirilib. Hava şəraiti ilə bağlı zərurət yaranarsa, texniki duz, qum ehtiyatı, maşın-mexanizmlər və nəqliyyat vasitələrinin sayı artırılacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info