“Baku Steel Company”yə “İlin Metallurgiya şirkəti” mükafatı təqdim edilib
Tarix: 17.11.2014 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Gürcüstanın Tbilisi şəhərində keçirilən II Beynəlxalq Caspian Energy Forumu “Baku Steel Company” MMC–nin 2014-cü ildə də Qafqaz regionunda metallurgiya sahəsində flaqman şirkət olduğunu bir daha təsdiq edib. Forumda Gürcüstan prezidenti Giorgi Marqvelaşvili “İlin Metallurgiya şirkəti” nominasiyasında “Caspian Energy Award” mükafatını şirkətin satış və marketinq departamentinin rəhbəri Rüstəm Kərimova təqdim edib. Tbilisidə keçirilən çoxsaylı iştirakçı və nümayəndələrin, o cümlədən xarici diplomat və qonaqların qatıldığı II Beynəlxalq Caspian Energy Forumu həmişə olduğu kimi bu dəfə də investorların böyük marağına səbəb olub. Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin iştirak etdiyi forum zəngin proqramı ilə seçilib. Forumun birinci hissəsi Gürcüstanın Xəzər-Qara dəniz-Aralıq dənizi regionları ölkələrinin dünya energetika bazarlarına inteqrasiyasına, Gürcüstanın əsas rol oynadığı enerji, nəqliyyat və infrastruktur layihələrinə həsr olunub. İkinci hissədə isə qeyri-neft sektorunun-maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, inşaat və digər sahələrə sərmayələrin inkişafından, eləcə də biznesin aparılması, biznes-hakimiyyət dialoqunun yaradılması məsələləri və Avropa İttifaqı ilə qarşılıqlı münasibətlərin perspektivlərindən bəhs edilib. Tbilisi forumunda “Baku Steel Company” MMC-nin “İlin Metallurgiya şirkəti” elan edilməsi gözlənilən idi. Nəinki ölkəmizdə, eləcə də ağır sənaye sahəsində Qafqaz regiоnunda yaradılmış ilk özəl və müasir pоladəritmə müəssisəsi оlan “Baku Steel Cоmpany” son 13 ildə böyük bir inkişaf yolu keçərək ölkə iqtisadiyyatında mühüm yer tutub, yeni iş yerlərinin açılmasında, ekoloji tarazlığın yaranmasında yaxından iştirak edib, qeyri-neft sektorunda böyük vergi ödəyicilərindən biri olub. Məhsulların qiymət və keyfiyyətinin optimallaşdırılması təkcə daxili bazara deyil, həm də Azərbaycana qonşu olan ölkələrə də (Rusiya, Gürcüstan, Türkmənistan) məhsullarının ixrac olunmasında rəqabətyönlü qiymətlərin təklif edilməsinə şərait yaradıb. İllik istehsal gücünü 1 milyon tona çatdıran şirkət bu il noyabr ayının əvvəllərində hazırladığı çoxçeşidli tikinti məhsullarının qiymətini 720 manatdan 590 manata endirib. Şirkətdə uğurla həyata keçirilən texnoloji proseslərin optimallaşdırılması, investisiya siyasətinin gücləndirilməsi, sosial infrastrukturun yenidən qurulması və digər kompleks islahatlar bu gün də uğurla davam etdirilir.
Nigar






 
Bölməyə aid digər xəbərlər
24.01.2019
“İlin peşəkar gənci” müsabiqəsinin qalibləri mükafatlandırılıb
24.01.2019
“Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu”
24.01.2019
Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info