Sumqayıt Universitetində ilk tələbələrarası debat layihəsinə başlanıb
Tarix: 17.11.2014 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Sumqayıt Dövlət Universitetində yeni fəaliyyətə başlayan Ritorika Universal Klubu yarandığı ilk həftədən etibarən daim diqqət mərkəzində olmağı başarıb. Xatırladaq ki, klub 1 noyabr tarixindən tam fəaliyyət başlayıb və hər həftə tələbələri maraqlandıracaq yeni mövzularla bağlı tədbir və seminarlar təşkil edir. Bu həftə isə Ritorika Universal Klubunun maraqla gözlənilən yeni layihəsi "SDU I Qladiator Debatları Kolizeyi" layihəsinin tanıtımı və ilk təlimləri olub.
Xatırladaq ki, layihənin təlimçisi gənclər sektorunda 7 illik iş təcrübəsi ilə Şərqin ilk Debat Formatı "Qladiator Debatları"nın konstruktoru olan Həbib Heydərdir. Təlimçi SDU-nun 60-a qədər tələbəsinin iştirak etdiyi ilk təlimdə tələbələrə debat nəzəriyyəsi, onu praktik həyatda tətbiq sahələri, gənclərin şəxsi inkişafında debatda qazanılan bacarıqların əhəmiyyəti, eləcə də debat mədəniyyətinin qayda və prinsipləri, layihənin əsasını təşkil edən Qladiator Debatları ilə digər debat formatlarının müqayisəli təhlilini verib.
Təlimlər bitdikdən sonra dekabr ayında SDU tarixində ilk dəfə olaraq tələbələrarası debat çempionatı təşkil ediləcək. Turnir gənclərin natiqlik, ritorika, araşdırmaçılıq, kritik düşüncə, komanda işi və bu kimi vacib keyfiyyətlərinin praktik olaraq təkmilləşdirilməsinə və universitetdə tələbə aktivliyini daha da qabartmağa istiqamətlənib.
Qeyd edək ki, "SDU I Qladiator Debatları Kolizeyi" layihəsi Sumqayıt Dövlət Universitetinin rəhbərliyi ilə yanaşı SDU Tələbə-Həmkarlar Təşkilatı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, “BestFriends” Təhsil və Karyera Mərkəzi kimi qurum və təşkilatlar tərəfindən dəstəklənir və maliyyələşdirilir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info