Ukraynadan Ermənistana xəbərdarlıq
Tarix: 17.11.2014 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Ukrayna ümid edir ki, Ermənistan Krımdan birbaşa reysləri qəbul etməyəcək. Bunu Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya siyasəti departamentinin direktoru Yevgeni Perebeynis "Qroznı Avia" şirkətinin həyata keçirdiyi Simferopol-Yerevan birbaşa reysi ilə bağlı məsələni şərh edərkən Ermənistanın Birinci informasiya kanalına deyib. Onun sözlərinə görə, Ukrayna hökumətinin qərarına əsasən, Ukraynanın tərkib hissəsi olan Krımın bütün aeroportları, o cümlədən Simferopol aeroportu hava əlaqəsi üçün bağlanıb: "Müvafiq olaraq Krımın aeroportlarından, xüsusən də Simferopol hava limanından həyata keçirilən istənilən reys qanunsuzdur və belə reysi həyata keçirən şirkət hər şeydən əvvəl qanunu pozur və Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən sanksiyalara məruz qalmalıdır".
Y.Perebeynis əlavə edib: "İstənilən halda ümid edirik ki, tərəfdaşlarımız Krımın Ukrayna ərazisi olmasına, qeyri-legitim hakimiyyətin həyata keçirdiyi reyslərin qanunsuz olduğuna sadiq qalacaqlar və Rusiyanın ilhaq etdiyi Krımdan birbaşa reysləri qəbul etməyəcəklər".
Qeyd edək ki, noyabrın 16-da “Qroznı Avia” aviaşirkəti Simferopoldan Yerevana müntəzəm reyslərə başlayıb. İlk reys Simferopol hava limanından səhər çıxıb.
Qondarma "Krım respublikası"nın nəqliyyat naziri Anatoli Tsurkin bildirib: "Bu, Krımın Rusiyaya birləşdirilməsindən sonra Simferopoldan açılan ikinci, biletləri onlayn bronlanan birinci beynəlxalq aviamarşrutdur”.
Nazirin sözlərinə görə, Yerevandan Simferopola reys isə noyabrın 17-də həyata keçiriləcək.
Reyslər həftədə bir dəfə icra olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info