“Azərbaycanda ilk Yəhudi muzeyinin yaradılması ölkədəki yəhudilər üçün vacib məsələdir”
Tarix: 17.11.2014 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Azərbaycanda ilk Yəhudi muzeyinin tikintisinin 2015-ci ildə başa çatacağı gözlənilir.
Bu muzey Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) təşəbbüsü ilə yaradılır.
Yəhudi Xəbər Agentliyinin (YXA) saytında yerləşdirilmiş “Müdrik qərar” sərlövhəli məqalədə bu barədə ətraflı məlumat verilir.
Əvvəlcə nəzərdə tutulurdu ki, Yəhudi muzeyi Qırmızı Qəsəbədəki altıgünbəzli ikimərtəbəli tarixi binada yerləşəcək.
Qırmızı Qəsəbə dağ yəhudiləri dini icmasının idarə heyətinin sədri Boris Simanduyev YXA-ya müsahibəsində deyib: “İlin isti vaxtında – bahardan Tişrey ayındakı bayramlar başa çatana qədər dua mərasimləri altıgünbəzli sinaqoqoqun binasında icra edilir, payızın axırlarında, qışda və baharın əvvəlində isə dindarlar Qəsəbənin mərkəzində tikilmiş birmərtəbəli Qilyaki sinaqoqunun binasında toplaşaraq Ulu Tanrıya dua edirlər. Buna görə də altıgünbəzli sinaqoqun ilin yalnız yarısı ərzində fəaliyyət göstərməsinə baxmayaraq bu tarixi binadan orada Yəhudi muzeyinin yerləşdirilməsi üçün istifadə etmək o qədər də uğurlu qərar olmazdı”.
İcma və STMEQİ fondu müdrik və ölçülüb-biçilmiş qərar qəbul ediblər: Muzey binası Qəsəbədəki Qilyaki sinaqoqundan cəmi 50 metr aralıda, üçüncü tarixi sinaqoqun yerində, yəni praktiki olaraq Cənubi Qafqazın bu nadir yəhudi məskəninin mərkəzində tikilir.
Boris Simanduyev daha sonra deyib: “Müəlliflər tarixi sinaqoqun memarlıq imkanlarından maksimum istifadə ediblər –ibadətxana və muzeyin ekspozisiya zalları binanın birinci mərtəbəsində, konfrans zalı və digər texniki otaqlar isə “sıfırıncı” mərtəbədə yerləşəcək”.
İcmanın sədri vurğulayıb: “Azərbaycan Yəhudi muzeyinin yaradılması ilə bağlı işlərin maliyyə xərclərini tanınmış yəhudi mesenatı German Zaxaryayevin rəhbərlik etdiyi STMEQİ fondu öz üzərinə götürüb, lakin İcmanın üzvləri Fonda əllərindən gələn köməyi göstərməyə həmişə hazırdılar, çünki Allahın köməyi ilə Azərbaycanda ilk Yəhudi muzeyinin yaradılması respublikadakı bütün yəhudilər üçün olduqca vacib məsələdir”.


Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info