“The New Republic”: “ABŞ insan alverini maliyyələşdirir”
Tarix: 17.11.2014 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


2012-ci ilin sentyabrında Obama insanların ekspluatasiyası ilə bağlı qanunları pozan dövlət podratçılarına qarşı “qəti dözümsüzlük siyasəti haqqında” əmr imzalayıb. Prezident həmçinin, Əfqanıstan və İraqda hərbi podratçılardan iş almağa görə pul ödənilməsinə qarşı da əmr imzalayıb. Bu barədə “The New Republic” bildirir.
Qeyd edilir ki, Əfqanıstanın bərpası üzrə xüsusi baş inspektor hazırda “Dyncorp”, “Fluor” və onların subpodratçısı “Ecolog”da axtarış aparır: “O, aşkar edib ki, bu şirkətlərin minlərlə əməkdaşı ödənişlər ediblər ki, Əfqanıstanda iş tapsınlar.
2007-ci ildən başlayaraq, quru qoşunları “Dyncorp” və “Fluor”a “Logistics Civil Augmentation Program” – “Vətəndaşların maddi-texniki təminat baxımından gücləndirilməsi proqramı” çərçivəsində ümumilikdə 16,8 milyon dollar ödəyiblər.
Bu proqram çərçivəsində podratçıların işçiləri hər şeylə - paltar yumaqdan və yemək hazırlamaqdan tutmuş, Əfqanıstanda hərbi bazalarda tikinti obyektlərinə qədər məşğul olurlar. Öz növbələrində, bu şirkətlər işçiləri Dubaya göndərən “Ecolog”a da müraciət ediblər. Bu şirkət əsasən, Cənubi Asiyadan gələn və kadr agentliyinə bir neçə min dollar ödəyənləri Dubaya göndərir.
İşə düzəlməyə görə belə ödənişlər olduqca geniş yayılıb və mahiyyətinə görə insan ekspluatasiyasının və insan alverinin cəzasız qalan forması sayılır. Hindistanda işləyən hüquq konsultantı Asem Makkahon bildirir: “Biz qadınları və uşaqları müdafiə edirik, bunlar isə iş üçün alınan tutqun dərili kişilərdir”. Məsələ ondadır ki, insan alverində insanların 80 faizini iş üçün, yalnız 20 faizini seksə görə aparırlar.
Təəccüblü deyil ki, insan ekspluatasiyasının bu forması seksual ekspluatasiyaya nisbətən daha az zərərli hesab edilir. Tez-tez belə bir arqument göstərilir: “Məgər Hindistanda bir nəfərdən, başqa bir ölkədə işləyərək daim daha yaxşı maaş almasına görə, birdəfəlik haqq almaq pisdir?”
Halbuki işlə təmin olunmağa görə ödəmə, mahiyyətcə müqaviləli köləlik sistemi və ya təhkimlilik hüququ yaradır”.
Qeyd edilir ki, adətən, belə işçilər öz ölkələrində böyük faizlə kredit götürürlər ki, işə görə pul ödəsinlər. Halbuki bu, onların yeni iş yerində onlar üçün tələ ola bilər. İşə cəlb edənlər tez-tez işçiləri maaşın miqdarı və iş yeri ilə bağlı aldadırlar. Nəticədə, məsələn, İordaniya hotellərində yüksək məvacibli iş vədi əvəzinə, işçilər amerikan hərbi bazalarında ağır şəraitli iş qisməti ilə barışmağa məcbur edilirlər – döyüş zonalarında olan bazalarda onlara baza ərazisindən kənara çıxmaq qadağan edilir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info