Çempionat 9 komanda ilə davam etdiriləcək
Tarix: 17.11.2014 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


“Araz Naxçıvan” Topaz Premyer Liqası və ölkə kubokundan xaric edilib, klub, oyunların 50 faizdən azında iştirak etdiyinə görə bütün oyunlardakı nəticələri ləğv edilib
Dünən AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Toplantıda “Araz Naxçıvan”ın çempionatdan çıxması ilə bağlı müraciətə baxılıb.
11 noyabr 2014-cü il tarixli 1/40 saylı məktubla “Araz Naxçıvan” klubu fəaliyyətini dayandırması və növbəti turdan etibarən Topaz Premyer Liqasında çıxışını davam etdirməyəcəyi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib. PFL bu məsələ ilə bağlı İntizam Komitəsinə müraciət edərək müvafiq qərarın çıxarılmasını bildirib. Bunu nəzərə alan İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib: “Araz Naxçıvan” klubu 2014/2015 mövsümündə Topaz Premyer Liqasından və ölkə kubokundan xaric edilsin. Klub, oyunların 50 faizdən azında iştirak etdiyinə görə bütün oyunlardakı nəticələri ləğv edilsin. Bu qərar əvəzedici komandaya da şamil olunur. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev qeyd edib ki, Topaz Premyer Liqasının 2014/15 mövsümündə mübarizəni 9 komanda davam etdirəcək. O bildirib ki, fəaliyyətini dayandıran “Araz-Naxçıvan”ın çempionatda çıxışını yarımçıq saxlaması rəsmiləşib. R.Musayev qeyd edib ki, mübarizəni davam etdirməkdən boyun qaçıran komandanı Premyer Liqada saxlamaq üçün PEL əlindən gələni edib. Lakin klub rəhbərliyini fikrindən daşındırmaq mümkün olmayıb. Naxçıvan təmsilçisi fəaliyyətini dayandırdığını XI turun “Qarabağ”la Bakıdakı oyununda 0:4 hesabı ilə uduzandan sonra bəyan etmişdi. Lakin milli komandaların oyunları ilə əlaqədar çempionatda fasilə yarandığından bu müddətdə onları geri qaytarmağın mümkün olacağına ümidlər var idi. Amma bütün səylərə baxmayaraq, çempionatın elə 10 komanda ilə davam etdirilməsi mümkün olmayıb. Əyalət təmsilçisinin dağılmasının rəsmiləşməsi nəticəsində noyabrın 19-20-də keçirilməli olan XII turdan başlayaraq hər tur 4 matçdan ibarət olacaq. Qarşıdakı turda istirahət etmək növbəsinə “Sumqayıt” start verəcək. Özü də bu dəfə tur cəmi 1 gün - ayın 20-də keçiriləcək. “Araz-Naxçıvan”ın yarışdan çıxması turnir cədvəlinə də təsir edib. Belə ki, reqlamentə uyğun şəkildə matçların 50 faizindən azını keçirən komandanın bütün nəticələri ləğv olunub. 11 oyunun nəticələri və qollarının ləğvindən sonra “Neftçi” zirvəyə yüksəlib. Bombardirlər yarışında da dəyişiklik olub. 3 qolunu “Araz-Naxçıvan”a vuran Rəşad Eyyubov taxtdan düşüb.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info