Akrobatika üzrə Azərbaycan birinciliyi başa çatıb
Tarix: 17.11.2014 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, Bakı Gimnastika Məktəbində akrobatika üzrə 21-ci Azərbaycanı birinciliyi başa çatıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, Bakı Gimnastika Məktəbini, Nizami Rayon İdman Məktəbini və “Neftçi” klubunu təmsil edən 30-dan çox iştirakçı 4 dəst mükafat uğrunda mübarizə aparıb. Yarışın tamaşaçıları və qonaqları səhnədə çıxış edən gimnastları alqışlarla dəstəkləyiblər. Aynur Hüseynova-Nərmin Ramazanova-Lalə Hüseynova qadın üçlüyünün qarışıq hərəkətləri birinciliyin yaddaqalan məqamı olub. Müsabiqədənkənar çıxış edən qadın akrobatlarımız dəqiq işlənmiş elementlər göstərərək zala toplaşanları heyran qoyublar. Yeri gəlmişkən, qadın akrobatlarımız Bakıda keçiriləcək 2015-ci ilin Avropa oyunlarında ölkəmizi təmsil edəcəklər. Qarşıda bizi kişilər arasında idman gimnastikası üzrə dekabrın 5-nə planlaşdırılmış Azərbaycan və Bakı birləşmiş birinciliyi, habelə bədii gimnastika üzrə dekabrın 11-12-də keçiriləcək Azərbaycan birinciliyi və Bakı çempionatı gözləyir. Yarışların hər ikisi Milli Gimnastika meydanında keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info