53 şəhər və rayonda əmək yarmarkaları keçirilib
Tarix: 17.11.2014 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin ötən dövründə respublikanın 53 şəhər və rayonunda əmək yarmarkaları keçirilib.
Yarmarkalarda işsiz və işaxtaran vətəndaşlara 1961 müəssisə tərəfindən 16 781 boş (vakant) iş yeri təqdim olunub. Bu aktiv məşğulluq tədbirləri nəticəsində 4 833 nəfər işsiz və işaxtaran vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onların 80%-i münasib iş yerləri ilə təmin olunub. Tədbirlər zamanı müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunanların sayı 419 nəfər, haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin sayı isə 250 nəfər təşkil edib.
Ümumilikdə Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə 22 932 nəfər münasib işlə təmin edilib, 1297 nəfər haqqı ödənilən ictimai işlərə, 2982 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub. Bundan başqa, 74 215 nəfər vətəndaşa, əsasən də orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətləri və əmək bazarında işəgötürənlərin bugünkü tələbləri haqqında geniş və ətraflı məlumatlar verilib.
Qeyd olunan dövrdə ƏƏSMN tərəfindən Odlar Yurdu Universitetində, Azərbaycan Texniki Universitetində (Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunlarının iştirakı ilə), Qafqaz Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində, Gəncə Dövlət Texnologiya Universitetində, Lənkəran Dövlət Universitetində, Bakı Biznes Universitetində məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi aktiv məşğulluq tədbirləri təşkil olunub. “Karyerada ilk addım” devizi altında keçirilən həmin tədbirlərdə ümumilikdə 470 müəssisə üzrə 4089 boş (vakant) iş yeri çıxarılıb. İşəgötürənlərin nümayəndələrinin də iştirakının təmin olunduğu tədbirlərin nəticəsi olaraq 669 nəfər tələbə və məzuna boş iş yerlərinə göndəriş verilib. Həmçinin işəgötürənlər tərəfindən 2 824 nəfər məzun və tələbənin şəxsi məlumatları (CV) qəbul olunub, 182 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaq üçun qeydiyyata alınıb. Bununla yanaşı, ƏƏSMN və BMT İnkişaf Proqramının birgə icra etdiyi “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi üzrə Bakı, Sumqayıt və Gəncədə şəhərlərində fəaliyyət göstərən SYSLAB Təlim Tədris Mərkəzlərində 376 nəfər işsiz və işaxtaran vətəndaşa innovativ metodlar əsasında iş axtarışı bacarıqları aşılanıb. Onlardan 305 nəfəri artıq özlərinə iş tapıblar.
İlkin




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
17.01.2019
“AtaSığorta” Könüllü Tibbi Sığorta üzrə “Ailə paketi” adlı məhsul təqdim edir
16.01.2019
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info