“Dağlıq Qarabağ münaqişəsi sərhədlərin toxunulmazlığı şərti ilə həll edilməlidir”
Tarix: 17.11.2014 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayevin dünən bu ölkənin müdafiə naziri Ramizad Ryaçudu ilə görüşündə müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Səfir bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirib.
Diplomat, həmçinin Azərbaycan ilə İndoneziya arasında siyasi və iqtisadi sahələrdə münasibətlərin inkişafına görə Azərbaycan tərəfinin məmnunluğunu bildirib. Görüşdə nazirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında məlumatlar verilib, İndoneziyanın Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qarşı tərəfə minnətdarlıq ifadə olunub. R.Ryaçudu İndoneziyanın Azərbaycan ilə hər bir sahədə, o cümlədən müdafiə sahəsində əməkdaşlığa əhəmiyyət verdiyini bildirib və bu sahədə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsində İndoneziya dövlətinin birmənalı mövqeyinin olduğunu qeyd edib və bildirib ki, İndoneziya münaqişənin sülh yolu ilə, sərhədlərin toxunulmazlığı və beynəlxalq səviyyədə tanınmış çərçivədə qalması şərti ilə həllinin tərəfdarıdır. Görüşdə nazirə Azərbaycan və İndoneziya arasında müdafiə sahəsində əməkdaşlığa dair anlaşma nemorandumu layihəsi təqdim olunub. R.Ryaçudu layihənin baxılması və İndoneziya tərəfinin rəy və təkliflərinin qısa zamanda hazırlanıb səfirliyə göndərilməsi ilə əlaqədar nazirliyin müvafiq strukturuna göstəriş verəcəyini bildirib. Görüşdə İndoneziya Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşları da iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info