Azərbaycan Çinin qiymətli kağızlar bazarına 500 milyon dollar yatıracaq
Tarix: 17.11.2014 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Mərkəzi Bankı (AMB) Çinin maliyyə bazarına 500 mln. dollar həcmində investisiya yatırmağı planlaşdırır. “APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayev deyib.
Çinin maliyyə bazarına daxil olmağının xüsusi qaydalar tələb etdiyini deyən A. Babayev bildirib ki, bununla bağlı Çin Mərkəzi Bankından iki razılıq alınıb. “Çindən müsbət cavab almışıq. Biz hələ bazarda iştirakçı hüququnu alırıq. Bundan sonra qiymətli kağızların keyfiyyətinə baxacağıq. Hansı məqbul olsa, o qiymətli kağızı əldə edəcəyik” - deyə AMB rəsmisi vurğulayıb.
Digər Asiya bazarlarında valyuta yerləşdirilməsinə gəlincə, bununla bağlı xarici menecerlərlə müzakirələr aparılır. A. Babayev qeyd edib ki, müqavilə imzalanandan sonra AMB investisiya strategiyasına dəyişiklik edəcək. Qeyd edək ki, AMB Çin bazarında 500 mln. dollar, digər Asiya bazarlarında xarici menecerlər vasitəsilə 500 mln. dollar məbləğində qiymətli kağızlar əldə etmək niyyətindədir.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info