ABŞ mətbuatı: “Azərbaycan dünya iqtisadiyyatı üçün model ölkəyə çevrilib”
Tarix: 18.11.2014 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


ABŞ-ın “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” həftəliyində Azərbaycana həsr olunmuş məqalə dərc edilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundən verilən xəbərə görə, ABŞ-ın ən böyük ispandilli mətbu orqanlarından hesab edilən “Hoy Los Angeles” hər həftə 1 milyondan çox tirajla Los Ancelesdə yayılır.
Tanınmış jurnalist Reynaldo Mena tərəfindən qələmə alınmış məqalədə müəllif bu ilin oktyabr ayında Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumda iştirak məqsədilə Azərbaycana ilk səfərindən bəhs edir.
Humanitar Forumda bir sıra önəmli məsələlərin, o cümlədən rəqəmsal mətbuatın yaratdığı çağırışların müzakirə olunduğunu bildirən müəllif, bu məsələ ətrafında aparılan müzakirələrin olduqca məhsuldar keçdiyini qeyd edir. R. Mena yazır ki, bu gün rəqəmsal jurnalistika primitiv meyllərdən uzaq durmalı, robotlardan deyil, daha ayıq və ağıllı insanlardan ibarət cəmiyyətlərin qurulmasına öz töhfəsini verməlidir. Müəllif belə vacib məsələlərin müzakirəsinə önəm verdiyinə görə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin göstərdiyi səyləri yüksək qiymətləndirir.
R. Mena hesab edir ki, müstəqilliyin əldə olunmasından keçən dövr ərzində Azərbaycan dünya iqtisadiyyatı üçün model ölkəyə çevrilib, sosial sahəyə qoyduğu sərmayələr və apardığı modernləşmə siyasəti ilə dünyanın inkişaf etmiş dövlətləri ilə eyni səviyyəyə qalxıb. Erməni lobbisinin son zamanlar Kaliforniyada Azərbaycan əleyhinə apardığı fəaliyyətlərə toxunan müəllif, Azərbaycan ərazilərinin ermənilər tərəfindən qanunsuz şəkildə işğal olunduğunu, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu diqqətə çatdırır.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info