I Avropa Oyunları ilə əlaqədar paytaxta 50 ədəd avtobus gətirilib
Tarix: 18.11.2014 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxta Türkiyə istehsalı olan 50 ədəd yeni iritutumlu avtobus gətirilib. Bunu Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov müsahibəsində deyib.
Ə. Cəfərov bildirib ki, “İsuzu” markalı avtobuslar Avropa standartlarına uyğun hazırlanıb və 60 nəfərlik tutuma malikdirlər. “Bu nəqliyyat vasitələri hələlik şəhərin mərkəzində hərəkət edəcəklər. Onlara texniki baxış keçirildikdən sonra ictimaiyyətə təqdim olunacaq”, - deyə Ə. Cəfərov qeyd edib.
Yaxın günlərdə ölkəyə əlavə avtobusların gətiriləcəyindən söz açan Ə. Cəfərov qeyd edib ki, bu mərhələdə 300 nəqliyyat vasitəsinin gətirilməsi gözlənilir.
Nazirlik rəsmisi yeni avtobusların gətirilməsindən sonra paytaxtın mərkəzi hissəsində fəaliyyət göstərən istismar müddəti başa çatan nəqliyyat vasitələrinin xətdən kənarlaşdırılacağını deyib: “Digər istismara yararlı avtobuslar isə ətraf qəsəbələrdə istismar olunacaq. Belə ki, Bakı ətrafı qəsəbələrin əksəriyyətində yollar dar və təmirsiz olduğundan orada iritutumlu avtobuslarının hərəkəti mümkünsüzdür. Bu səbəbdən də həmin ərazilər yalnız ortatutumlu avtobuslarla təmin ediləcək”.
“Bakı ətrafı qəsəbələrdən Sevil qəsəbəsi, Biləcəri qəsəbəsinin daxilində olan yollar və bir sıra digər qəsəbələrdə yollar həddindən artıq darısqal və yararsızdır. Bir sıra hallarda buna əhalinin ərazidə nizamsız olaraq ev tikməsi səbəb olub. Eyni zamanda yolların darısqallığı orada təmir bərpa işlərinin aparılmasına da maneələr yaradır. Bu da birmənalı olaraq marşrut avtobuslarının rahat hərəkət etməsində problemləri ortaya çıxarır. Bu problemlərin müsbət həlli istiqamətində Nəqliyyat Nazirliyində artıq müzakirələr aparılır”, - deyə Ə. Cəfərov izah edib
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”
21.09.2018
Aİ rəsmisi Azərbaycanda “bir pəncərə“ prinsipi ilə görülən işləri təqdir edib
21.09.2018
Tümen vilayəti Azərbaycanla ikitərəfli sazişlər imzalamağı planlaşdırır
21.09.2018
2 mindən artıq insanı mövsümi işlə təmin edən müəssisə, ilk müasir kənd təsərrüfatı kompleksi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info