Kanadada Azərbaycanla bağlı tədbir keçirilib
Tarix: 18.11.2014 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Kanadanın Vankuver şəhərində Vankuver Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə tədbir təşkil edilib.
Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumata görə, Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, o cümlədən Şimali Vankuverin meri Darel Musatonun (Darrell Mussatto) qatıldığı tədbirdə Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli də iştirak edib.
Tədbirin açılışında çıxış edən R.Hüseynli ölkəmizin Konstitusiya tarixi, ən ali qanunvericilik sənədinin dövlətimizin inkişafında oynadığı mühüm rol, eləcə də Azərbaycanın hazırkı inkişafından və əldə etdiyi nailiyyətlərdən danışıb. Sonda tədbirdə Azərbaycan musiqisi və rəqsləri nümayiş etdirilib.
Noyabrın 15-də isə R.Hüseynlinin Vankuver şəhərində yaşayan Azərbaycan icmasının üzvləri, o cümlədən bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirilib. R.Hüseynli çıxışında Vankuverdə yaşayan icma üzvlərini Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşa edilərək, bu dövlətin Azərbaycana qarşı təcavüz siyasətinə son qoyması istiqamətində səylərini səfərbər etməyə çağırıb. Sonda həmyerlilərimizi maraqlandıran suallara aydınlıq gətirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info