“Xəzər: Ətraf mühit üçün texnologiyalar” t sərgisi başlayır
Tarix: 18.11.2014 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


“Xəzər: Ətraf mühit üçün texnologiyalar” 5-ci Yubiley Beynəlxalq Ətraf mühit sərgisinin açılışı ilə əlaqədar mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə şöbəsinin müdiri Rasim Səttarzadə bildirilib ki, noyabrın 19-dan 21-nə kimi Bakı Ekspo Mərkəzində ətraf mühitin mühafizəsi üzrə 5-ci Yubiley Beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi keçiriləcək: "Bu sərgidə Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən mühüm tədbirdir. Sərgi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyi tərəfindən dəstəklənir. Artıq bu sərginin keçirilməsi ənənə halını alıb. Sabah da çox maraqlı görüşlər keçiriləcək və əməkdaşlıq sazişləri bağlanacaq".
ETSN rəsmisi əlavə edib ki, bu il sərginin fərqləndirici cəhəti çirkab suların turşulu qatışıqlar və ağır metallardan təmizlənməsi, suvarma üçün kənd təsərrüfatında və istehsalda təkrar istifadə məqsədilə radioaktiv suların təmizlənməsi sistemləri üzrə xarici ekspozisiyaların artmasıdır.
Daha sonra çıxış edən sərginin meneceri Jalə Məmmədova sərgi haqda məlumat verib. Bildirib ki, “STE” yubiley sərgisi Azərbaycan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Danimarka, İtaliya, İsveç, Rusiya, Serbiya, Türkiyə və digər ölkələrdən gələn şirkətləri bir meydançada toplayacaq: "Azərbaycanda keçirilən ekoloji sərgidə ilk dəfə olaraq Çexiyanın milli stendi də iştirak edir. Bu il iştirakçıların 40%-dən çoxunu debütantlar təşkil edir. Onların arasında həm yerli, həm də xarici şirkətlər var. Sərgidə ARDNŞ və BP şirkətləri tərəfindən suyun və qruntun təmizlənməsi, eləcə də zəhərli tullantıların idarə edilməsi üzrə yeni texnologiyalar da nümayiş etdiriləcək”.
Qeyd edək ki, sərginin sponsoru qismində “Evrascon” şirkəti çıxış edir. Sərgidə yerli şirkətlərin böyük qismini Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi habelə “Təmiz Şəhər” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Dövlət Aerogeodeziya Müəssisəsi, Bakı Kartoqrafiya Fabriki, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi, Dövlət Yerquruluşu Layihə İnstitutu və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi kimi dövlət strukturları təşkil edirlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info