Tibbi-sosial ekspertiza ilə bağlı treninq keçirilib
Tarix: 18.11.2014 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Yeni sistem əlilliyə görə pensiya və ya müavinət təyin olunması üçün informasiyaların elektron qaydada əldə edilməsinə imkan yaradacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemindən istifadəyə dair treninq keçirilib. Müvafiq qurumların əməkdaşları üçün təşkil olunan treninq zamanı iştirakçılara sistemdən istifadə bacarıqları aşılanıb, onlara bu sistemin məqsədi, onun tətbiqi nəticəsində gözlənilən nailiyyətlər barədə məlumatlar çatdırılıb. Eyni zamanda təlimdə e-imza, e-sənəd haqqında və onlardan istifadəyə dair məlumatlar verilib.
ƏƏSMN tərəfindən yaxın vaxtlarda istifadəyə veriləcək Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi vasitəsilə əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası yaradılıb. Yeni məlumat bazası əlillik müayinələrinin nəticələri ilə bağlı aidiyyəti qurumlar arasında elektron məlumat mübadiləsinə, həmçinin vətəndaşlara əlilliyə görə pensiya və ya müavinət təyin olunması üçün müvafiq informasiyaların aidiyyəti qurumlar tərəfindən elektron qaydada əldə edilməsinə imkan yaradacaq. Bu isə əlillik təyinatları zamanı şəffaflığın təmin olunmasına və məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə gətirib çıxaracaq.
Yeni informasiya sistemi istifadəyə verildikdən sonra eyni zamanda vətəndaşlar da öz əlillik müayinələrinin nəticələri barədə məlumatları elektron qaydada əldə edə biləcəklər. Bu isə artıq əlillik müayinələri barədə elektron arayışların verilməsini təmin edəcək.
Treninqin sonunda İnformasiya texnologiyaları şöbəsinin əməkdaşları tərəfindən iştirakçıların İKT biliklərinin qiymətləndirilməsi aparılıb və informasiya sisteminə dair təkliflər müzakirə olunub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info