DSX narkotik vasitələrin keçirilməsinin qarşısını uğurla alır
Tarix: 18.11.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən oktyabr ayında narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində 11 halda 13 kiloqram 297 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Oktyabr ayının 5-də Biləsuvar rayon Biləsuvar kənd ərazisindəki zastavanın xidməti sahəsində “BYD” markalı Az 99-FT-854 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Kürdəmir rayon sakinləri Əsgərov Hafiz Ələsgər oğlu və Rəhimov İxtiyar Məhəmmədhüseyn oğlu ərazidə əvvəlcədən gizlədilmiş 4 kiloqram 800 qram tiryəki götürərkən saxlanılıb. Oktyabr ayının 18-də “Masallı-Yardımlı” magistral yolunun Arus kəndi ərazisindən keçən hissəsində Yardımlı rayon sakini Ələkbərov Cahid Mətləb oğlu su borusunun yanında plastik qabda gizlədilmiş 2 kiloqram 300 qram tiryək aşkar olunaraq götürülüb. Həmin gün “Ələt-Astara” magistral yolunun 142-ci kilometrliyində Cəlilabad rayonu ərazisində yolun kənarında Lənkəran şəhər sakini Hüseynov Rövşən Məzahir oğlu ağaclıqda gizlədilmiş 2 kiloqram tiryək, 470 qram heroini götürərkən saxlanılıb.
Oktyabr ayının 28-də Füzuli Füzuli rayon Böyük-Bəhmənli kənd ərazisindəki zastavanın xidməti sahəsində Aşağı Yağlıvənd kənd ərazisində dəmir yolu keçidinin ətrafında “Niva” markalı Az 99-AC-414 dövlət nömrə nişanlı avtomobildə olan 3 nəfər Gəncə şəhər sakini - Orucov Ceyhun Telman oğlu, Bakı şəhər sakinləri Mirzəyev Qədir Səftər oğlu və Əliyev Rasim Əbülfət oğlu saxlanılıb. Baxış keçirilərkən onların üzərindən 2 kiloqram 460 qram qurudulmuş marixuana və 2 ədəd 0,5 litrlik plastik qabda “Metadon” məhlulu aşkarlanıb.
Sərhəd buraxılış məntəqələrindən Azərbaycan keçmiş şəxslər gömrük orqanları ilə birgə yoxlanılarkən 2 halda “Biləsuvar” SNM-də 1 kiloq¬ram 2 qram, 4 halda “Astara” SNM-də 161 qram, 1 halda isə “Şıxlı” SNM-də 4 qram narkotik vasitələr aşkar olunaraq götürülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
18.04.2019
Ad günün mübarək, şəhidim!
18.04.2019
Yanğından zərər çəkmiş sahibkarlara dəstək: 345 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb
18.04.2019
“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir
18.04.2019
Xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri üçün atış üzrə təlim keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info