Səbail rayonunda yanğınların profilaktikası ilə bağlı müşavirə
Tarix: 18.11.2014 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Səbail Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə birgə «Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu» mövzusunda rayon müşavirəsi keçirilib.
Səbail rayon rəhbərliyi, qəsəbə və ərazi nümayəndəliklərinin, bələdiyyələrin, rayonun təsərrüfat və kommunal xidmətlərinin rəhbərlərinin, aidiyyəti idarə və təhsil müəssisələrinin, Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının əməkdaşlarının iştirakı ilə keçirilən müşavirəni Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev açaraq tədbirin məqsədi barədə məlumat verib. Bildirilib ki, artıq 4-cü ildir ki, Rayon İcra Hakimiyyətində payız-qış mövsümünün başlanması ilə əlaqədar «Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu» mövzusunda silsilə tədbirlər keçirilir, yanğın təhlükəsizliyi və onların profilaktikası ilə bağlı məsələlər müzakirə olunur, çatışmamazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir. Yavər Allahverdiyev yay aylarında rayonda görülən işlər və qarşıda duran məsələlər barədə ətraflı məlumat verib.
Müşavirədə Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşlarının «Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları», «Yanğın təhlükəsizliyi qaydaları», «Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları» mövzularında çıxışları dinlənildi.
Səbail rayonunun Mənzil Kommunal Təsərrüfatı Birliyi, Qaz İstismarı sahəsi, Enerji Təchizatı və Satışı İdarəsinin, Sukanal İdarəsinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası rəhbərlərinin hesabatları dinlənildi, mövcud problemlər və onların həlli istiqamətində atılmalı addımlar barədə məlumat verildi.
FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçiyev Səbail rayonunda 2013-2014-cü illərin müvafiq dövrlərində yanğın və dəm qazından zəhərlənmələrlə bağlı müqayisəli statistika, eləcə də rayon ərazisində yanğın təhlükəsizliyi mövcud problemləri tədbir iştirakçılarının nəzərinə çatdırdı, mərkəz əməkdaşları tərəfindən aparılan reydlərin nəticələri ilə iştirakçıları tanış etdi, hər bir idarə və təşkilat rəhbərinin, bələdiyyə üzvünün, vətəndaşın yanğın təhlükəsizliyi və onun profilaktikası ilə bağlı görməli işlərindən, ən əsası isə əhalinin maarifləndirməsi istiqamətində qarşıda duran vəzifələrdən danışdı.
Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı video materiallar nümayiş etdirildi.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info