Ərdoğanı dinləməkdə şübhəli bilinənlər “siyasi casus”luqda ittiham olunur
Tarix: 18.11.2014 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu zamanlarda onun dinlənilməsi ilə bağlı aparılan istintaq işi çərçivəsində 13 şübhəli şəxs haqqında “siyasi casusluq” ittihamı irəli sürülüb.
“Anadolu” Agentliyinə istinadən məlumatına görə, R.T.Ərdoğanın iş otağına “böcək”lər yerləşdirməyə görə istintaqa cəlb olunan 13 şəxs barəsində ittihamnaməni Konstitusion Nizama Qarşı İşlədilən Cinayətlərin Təhqiqatı Bürosunun prokuroru Durak Çətin hazırlayıb.
İttihamnamə Ankaranın 7 saylı Ağır Cəza Məhkəməsinə göndərilib. İttihamnamədə TÜBİTAK-ın sabiq rəhbəri Hasan Palaz, Ali Özdoğan, Serhat Demir, Sedat Zavar, Ahmet Türer, Enes Çiğci, İlker Usta, Hurşit Gölbaşı, Seyit Saydam, İbrahim Sarı, Mehmet Yüksel, Zeki Bulut ve Harun Yavuzun adı qeyd olunub.
Əgər 15 gün ərzində məhkəmə ittihamnaməni rədd etməzsə, Türkiyə prezidentinin “zərərçəkmiş” olaraq qeyd edildiyi sənəd qəbul olunmuş sayılacaq, şübhəliləri isə Türkiyə CM-nin “Siyasi və hərbi casusluq” başlıqlı 328-ci maddəsi ilə 15 ildən 20 ilə qədər həbs gözləyəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Planetimizdə 4 milyard insan sosial müdafiədən məhrumdur
17.07.2019
Perunun keçmiş prezidenti ABŞ-da həbs olunub
17.07.2019
Tramp: ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələrini satmayacaq
17.07.2019
Kristin Laqard vəzifəsindən gedir
17.07.2019
Türkiyə gəmisinə hücum təşkil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10829

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info