Ukraynada “Azərbaycan dili“ dərs vəsaiti nəşr edilib
Tarix: 18.11.2014 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Kiyevdə tələbələr, bu ölkədə yaşayan azərbaycanlılar və eləcə də dilimizi öyrənmək istəyənlər üçün nəzərdə tutulmuş "Azərbaycan dili" vəsaiti nəşr edilib.
Azərbaycanın Ukraynadakı səfirliyinin məlumatına görə, ökəmizin tanınmış tədqiqatçı alimləri Rafiq Novruzov və İkram Qasımovun Azərbaycan və Ukrayna dilində qarşılıqlı izahla müasir elmi-metodiki tələblərə uyğun şəkildə hazırladıqları dərs vəsaiti Ukrayna Təhsil və Elm Nazirliyi Kiyev Milli Linqvistik Universitetinin Şərqşünaslıq fakültəsində müəlliflərin uzun müddət tədris təcrübələri əsasında ərsəyə gəlib. Kitabın redaktoru Kiyev Milli Linqvistik Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, Yaxın və Orta Şərq dilləri və sivilizasiyaları kafedrasının müdiri, filologiya elmlər namizədi, dosent Serqey Vladimiroviç Sorokindir. Kitab Azərbaycanın dövlət himni və Heydər Əliyevin “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdən biridir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir” cümlələri ilə başlayır. Vəsaitə giriş sözünü Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli yazıb. Kitabda tərcümə tapşırıqları üçün seçilmiş materiallar, nəsr və şeirlər, oxu mətnləri, Azərbaycançılıq məfkurəsi aşılayan, təşviq və təlqinedici nümunələr də yer alıb və çox işlənən ifadələrin Ukraynaca qarşılıqları veriib.


Nigar




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
“Türkiyənin güclənməsi və dünyada söz sahibi olmasını istəməyən qüvvələr var”
25.04.2019
Qazaxıstanda prezident seçkilərində ilk dəfə qadının namizədliyi irəli sürülüb
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info