Avropalı media ekspertləri və jurnalistlər Mətbuat Şurasında olublar
Tarix: 18.11.2014 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Bu gün Mətbuat Şurasında(MŞ) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəvətilə ölkədə səfərdə olan Almaniya və Böyük Britaniya jurnalistləri və media ekspertləri ilə görüş keçirilib. MŞ-dən verilən xəbərə görə, şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu onlara təmsil olunduğu qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında yaradılmış Mətbuat Şurasının əsas missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir: “Mövcud xüsusda həyata keçirilən ən mühüm iş müxtəlif vətəndaş qruplarının kütləvi informasiya vasitələrində dərc olunmuş materiallarla bağlı şikayətlərinin araşdırılmasıdır. Şura eyni zamanda söz və ifadə azadlıqları, jurnalist peşəkarlığının artırılması məsələlərinə önəm verir. Bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlarla da intensiv əməkdaşlıq edirik”.

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan mediasındakı bəzi xarakterik cəhətlərə diqqət çəkib. MŞ İdarə Heyətinin digər üzvü, Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət çıxışında Azərbaycan həqiqətlərinin dünya mediasında yayılması ilə əlaqədar bəzi mənfi meyllərdən danışıb, belə halların aradan qaldırılması üçün qarşılıqlı əməkdaşlığın zəruriliyini önə çəkib.
Berlində fəaliyyət göstərən Humbolt Universitetinin AvroQafqAsiya Təşkilatının nümayəndəsi Yeva Mariya Aux Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Almaniya və Böyük Britaniya mediasında işıqlandırılmasına dair hesabatların təqdimatı məqsədilə ölkədə olduqlarını bildirib. M.Aux ümumən Avropa mediasında Dağlıq Qarabağ həqiqətlərinə münasibətdəki tendensiyalardan söz açıb və bildirib ki, Azərbaycanla əlaqədar materiallar üçün başlıca cəhət balansın gözlənilməməsidir. O, bu baxımdan Almaniya mediasındakı xarakterik cəhətləri sadalayıb və hesabatda belə məqamlara elmi nöqteyi-nəzərdən sistemli şəkildə yanaşıldığını vurğulayıb.
Birmingem Universitetinin Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzinin təmsilçisi Qalina Yemelyanova Xocalı həqiqətlərinə yanaşmada bu ölkə KİV-lərinin balanslaşdırılmış xətt tutmadıqlarına dair müəyyən məqamların olduğunu açıqlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info