Azərbaycanlı alimlərin işinin nəticəsindən Rusiyada istifadə olunacaq
Tarix: 18.11.2014 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Rusiyanın Saxa Respublikasında (Yakutiya) çəkiləcək neft kəmərinin seysmik təhlükəsizliyinin təmini üçün proqnozlaşdırma sisteminin qurulması işində azərbaycanlı alimlərin apardığı işlərin nəticəsindən istifadə ediləcək. Bunu Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun direktoru Telman Əliyev deyib. Onun sözlərinə görə, Rusiyanın Sankt-Peterburq Arktik Akademiyası Yakutiyada çəkiləcək neft kəmərinin seysmik təhlükəsizliyini təmin etmək üçün institutunun apardığı işlərin nəticəsindən yararlanmağı nəzərdə tutur. Bu təşəbbüs Rusiya alimləri tərəfindən irəli sürülüb.
Hazırda bu layihə ilə bağlı müzakirələrin davam etdiyini deyən T.Əliyev qeyd edib ki, Türkiyədə də Azərbaycan təcrübəsi əsasında anomal seysmik proseslərin (ASP) başlanmasını 15-20 saat əvvəldən aşkarlamağa imkan verən bir neçə stansiyanın quraşdırılması nəzərdə tutulur. Bu stansiyalar İstanbul, İzmir və Vanda azərbaycanlı alimlərin bu istiqamətdə gördüyü işlərin nəticələri əsasında quraşdırılacaq. T.Əliyev bildirib ki, bu yaxınlarda Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anomal seysmik proseslərin başlanmasını 15-20 saat əvvəldən aşkarlamağa imkan verən daha bir stansiya istifadəyə verilib. Bununla da ölkə ərazisindəki belə stansiyaların sayı 10-a çatıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info