“Gələcək nəslin daha sağlam yolda olması üçün ekstremizm qarşısını birgə almalıyıq”
Tarix: 18.11.2014 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


“Bu gün burada bir araya gəlməyimiz dünya miqyasında üzləşdiyimiz bəzi problemlərin həlli yolunda əməkdaşlıq sahəsində yeni mərhələyə vəsilə olması və qlobal problemlərin - terrorizmin, radikalizmin qarşısının alınması baxımından tarixi hadisədir”. Bunu Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda Bakıda keçirilən konfransın ikinci günündə deyib.
A. Paşazadə bildirib ki, multikulturalizm olmayan yerdə əmin-amanlıq ola bilməz: “Azərbaycan bu dəyərlərin inkişafı üçün əməlli addımlar atır, Prezidentin təşəbbüsü və himayəsi sahəsində keçirilən ənənəvi Beynəlxalq Mədəniyyətlərarası, Humanitar forumlar bu ideyalar sadiqliyimizin bariz təcəssümüdür”.
O qeyd edib ki, tolerantlıq qorunub saxlamalı, gənclərin də bu istiqamətdə tərbiyə edilməsi təmin olunmalıdır: “Gələcək nəslin daha sağlam yolda olması üçün səylərimizi artırmalı, ekstremizm və ksenofobiyanın qarşısını birgə almalıyıq. ATƏT-lə birgə keçirdiyimiz bu tədbiri uğurlu addım hesab etmək olar. Biz əvvəllər də dini mərkəzlərin beynəlxalq təşkilatlar, o cümlədən, BMT, YUNESKO, Avropa Şurası ilə əməkdaşlığının vacibliyini bildirmişik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır
24.05.2019
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən 96 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır
23.05.2019
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info